» » Kremldən Putinə sui-qəsdlə bağlı sensasion açıqlama

Kremldən Putinə sui-qəsdlə bağlı sensasion açıqlama

  • 4-05-2023, 14:51
  • Dünya
  • 0
  • 97
Kremldən Putinə sui-qəsdlə bağlı sensasion açıqlama


Kreml dünən Rusiya Prezidenti Vladimir Putini hədəf aldığı iddia edilən dron hücumlarının arxasında ABŞ-ın olduğunu iddia edib.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Biz bilirik ki, bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız deyilənləri edir",- o söyləyib.

Qeyd edək ki, Rusiya ötən gün Prezident Vladimir Putini öldürmək məqsədilə Ukrayna Silahlı Qüvvələrinin Kremlə dronlarla hücum etdiyini iddia etmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski isə iddiaları təkzib etmişdi.

Bundan əlavə, ABŞ Dövlət katibi Entoni Blinken də dron hücumunu Ukraynanın törətməsini  təsdiqləyə bilmədiklərini demişdi.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya