» » Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...

Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...



Ermənistandakı radikallar “soyqırım” gününü qeyd edir, Ağ Ev sahibi Cozef Baydenin dəstək açıqlamasına sevinir, erməni lobbisi isə Konqresdən Azərbaycan əleyhinə sənədin qəbuluna çalışır. Heç birinin də onlara xeyri, faydası yoxdur. Bunlar keçici olsa da, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını unutmayacağıq. Ermənistanın baş naziri Nikol Paşinyan reallıqdan çıxış edərək “soyqırım” üzərindən siyasətin yanlış olduğunu və bunun qonşularla münasibətlərinə mənfi təsirindən danışır. Buna rəğmən, baş nazir polisinə iki dövlətin bayrağının yandırılmasına mane olması əmrini vermir. Sülhdən və əməkdaşlıqdan danışan Paşinyan radikalların əl-ayağını yığışdırmalı, kilsəyə yerinə göstərməlidir ki, gələcək sülh və əməkdaşlığa təhlükə yaranmasın. Ermənistan hökuməti və polisi bayraqlarımızın yandırılmasına seyrçi qalmaqda davam edəcəklərsə, Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq.
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq neçənci dəfədir ki, Ermənistan hökumətinə və ermənilərə mesaj göndərərək bildirib ki, Errmənistanda yaşayanlar xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər. Erməni lobbisini Ermənistan və bu ölkədə yaşayan ermənilərin taleyi maraqlandırmır. Nikol Paşinyan ölkəsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini anlasa da, bunu ermənilərin tamamı haqqında söyləmək mümkün deyil. Erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədirlər. Bunlar anlamırlar ki, Ermənistan iki böyük qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə təhlükəsizilik məsələrini həll edə, nə də inkişaf edə biləcəklər. Deməli erməni lobbisinə və radikallara Ermənistanın təhlükəsizliyi və inkişafı lazım deyil.

Elxan Şahinoğlu 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya