» » “Bismillah” deməmiş iflasa uğradılan PREZİDENT – Yeni seçkilər…

“Bismillah” deməmiş iflasa uğradılan PREZİDENT – Yeni seçkilər…

“Bismillah” deməmiş iflasa uğradılan PREZİDENT – Yeni seçkilər…


İranda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən islahatçı qanadın təmsilçisi Məsud Pezeşkianın ölkə başçısı seçilməsidən həm daxildə, həm də beynəlxalq aləmdə çox ciddi gözləntilər olsa da, artıq bunun özünü doğruldacağına dair ümidlər itməkdədir. Məsud Pezeşkian seçiöncəsi ölkədə barış hökuməti formalaşdırmaqla İranın indiyədək yürütdüyü uğursuz xarici siyasətində üzləşdiyi sanksiyalardan, daxildə isə insanların azadlıqları ilə bağlı vədlər versə də, bunu reallaşdıra bilmir. Daha doğrusu buna imkan verilmir və bu siyasət hər vasitə ilə təxribatlarla sabotaj edilir. Görünən odur ki, həm daxildəki bəzi qüvvələr, həm də xaricdəki bəzi güclər Məsud Pezeşkianın İranın daxili və xarici siyasətinə ciddi dəyişikliklər edəcəyi ilə bağlı verdiyi vədlərin əməl olunmasına açıq şəkildə maneə yaratmaqdadırlar. 

Birincisi, Pezeşkianın andiçmə günündə HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi, İranın xarici siyasətində, xüsusən də Qərblə yumşalma siyasətinə imkan verməmək planının tərkib hissəsidir. Çünki bəzi qüvvələr, xüsusən də radikal mühafizəkarlar Tehranın mövcud xarici siyasətində Qərbə doğru yumşalma siyasətini qətiyyətlə rədd edirlər və bunu İran üçün ciddi təhlükə kimi görürlər. Onlar hesab edir ki, bu yumşalma siyasəti nəticə etibarilə İranda teokrat rejimin sonuclanması ilə nəticələnəcək. Ona görə də həmin güclər hər vasitə ilə Tehranın mövcud xarici siyasətinin dəyişilməsinin qətiyyətlə əleyhinə çıxırlar. İstər HƏMAS liderinin öldürülməsi, istər Pezeşkiandan sonra da Yaxın Şərqdə böhranın dərinləşdirilməsi, istər HƏMAS-la yanaşı, "Hizbullah" - İsrail qarşıdurmasının pik həddə çatdırılması, istər İrana bağlı proksi güclərin tanınmış simalarının qətlə yetirilməsi, istərsə də ən sonuncu olaraq Tehranda SEPAH kəşfiyyat komandiri Bəhmən Mərəndinin qətlə yetirilməsi bu məqsədlərə xidmət edir. Yəni yeni ölkə rəhbərliyini dilemma qarşısında qoymaqla Tehranın son illərdə yürütdüyü xarici siyasətdən kənara çıxılmağa imkan verməmək.

Təbii ki, burada bəzi xarici güclər də maraqlıdır. Həmin güclər də Tehranın bu sərt xarici siyasətindən faydalanaraq İranın üzləşdiyi çıxılmaz vəziyyətdən faydalanmaq istəyirlər.  

Bu güclər daxildəki ictimai-siyasi və sosial-iqtisadi böhrandan faydalanıb İranı dalana dirəyib niyyətlərinə nail olmaq istəyirlər. Belə ağır böhranlı vəziyyət, digər tərəfdən sanksiyalar nəticəsində üzləşdiyi maliyyə və iqtisadi böhran İrana əvvəlki kimi Yaxın Şərqdə mövqeyini qorumağa imkan vermir və artıq bu gücdə deyil. Böhran İranın müdafiə qabliyyətinin zəif olmasına, hərbi gücünə və hərbi sənaye potensialının zəifləməsinə də öz mənfi təsirini göstərib. Bu özünü həm İranın Dəməşqdəki diplomatik korpusuna hücum zamanı İsrailə qarşı 13 apreldə verdiyi cavab hücumunda, həm də HƏMAS liderinin Tehranda qətli zamanı açıq şəkildə ortaya qoydu. Bunun nəticəsidir ki, son bir neçə ildə Tehran Yaxın Şərqdəki mövqelərini tədricən itirməkdədir. Tehranın Suriyada və İraqda mövqeyi çox ciddi şəkildə zəifləyib. Təbii ki, bunu İranı bölgədən sıxışdırıb çıxarmaq istəyən maraqlı güclər görür və ona görə də yaranmış fürsətdən faydalanaraq Tehranı bacardıqca dalana dirəməklə istəklərinə nail olmaq istəyirlər. 
İkincisi, Pezeşkianın yeni komanda formalaşdırılmasına istədiyi imkan verilmir. Yeni 14-cü hökumətin formalaşdırılması, təkcə əhali tərəfindən deyil, eyni zamanda siyasi elitada ciddi etirazla qarşılanıb. Bu yolla Pezeşkianın ölkənin üzləşdiyi böhranı etimad hökumətinin formalaşdırılması istiqamətindəki səyləri də iflasa uğradılır. Həm ölkənin ali rəhbəri Seyyid Əli Xamnei, həm hakimiyyətdəki radikal mühafizəkarlar hökumətdə təsir imkanlarını qoruyub saxlamaq üçün yeni hökumətin tərkibinə bacardıqca daha çox öz adamlarının düşməsinə çalışırlar. Bir sözlə, Pezeşkianın marionet prezident olmasını istəyirlər. Bu da Pezeşkianın hakimiyyətə gətirilməsində xüsusi rolu olan islahatçıların, eyni zamanda ona səs verən elektoratın ciddi etirazı ilə üzləşib. Məhz bu etirazın nəticəsi olaraq Pezeşkian komandasını formalaşdırıb fəaliyyətə başlamadan komandasında ciddi istefalara yol açıb. Pezeşkianın 12   gün öncə təyin etdiyi vitse-prezident Məhəmməd Cavad Zərifi istefa verməli olub. Cavad Zərifi təkcə İranda deyil, beynəlxalq miqyasda güclü diplomat kimi tanınan simadır. Zərifi eyni zamanda Pezeşkianın prezident seçilməsinə ciddi dəstək verib və bu prosesdə yaxından zəhməti olan insandır. Zərifi istefa bəyanatında da açıq şəkildə yeni hökumətin formalaşdırılmasına öz etirazını bildirib. O bəyan edib ki, belə bir komanda ilə qarşıya qoyulan hədəflərə nail olunması mümkün deyil. Bu əvvəlcədən məğlubiyyətə uğramaq deməkdir. Ümumiyyətlə, son günlərdə İran mediasında da Pezeşkianın yeni komanda formalaşdırılması ciddi müzakirə predmetidir. Yeni komandanın formalaşdılrması prosesi, prezident Pezeşkianı da çox çıxılmaz vəziyyətə salıb. Çünki komandanın formalaşdırılmasındakı mürəkkəb prosedur qaydalar ona istədiyi addımı atamağa imkan vermir. Mühafizəkarlar da bu prosedur qaydadan öz məqsədləri üçün faydalanırlar. 

Daxildəki radikal mühafizəkarlar bu yolla islahatçı qanadın İran cəmiyyətində mövqeyini zəiflətmək istəyirlər. Proses onu göstərir ki, yeni hökumətin formalaşması fonunda daxildə böhran daha da kəskin xarakter alacaq. Son necə nəticələnəcək, hələlik nəsə demək çətindir.

Üçüncüsü, yeni hakimiyyətə İranın qonşuları və mövcud müttəfiqləri arasında süni gərginlik yaradılması istiqamətində cəhdlər edilir. 

Yaranmış mövcud durum isə onu deməyə əsas verir ki, prezident Məsud Pezeşkian belə bir vəziyyətdə nə ölkənin üzləşdiyi ağır sosial-iqtisadi, maliyyə, nə ictimai-siyasi, nə də xarici siyasətində üzləşdiyi böhrandan çıxara biləyək. Əksinə, böhranın daha da dərinləşərək daha təhlükəli həddə çatma ehtimalı böyükdür.  Böhranlı vəziyyət davam edərsə, Pezeşkian istefa verə və yenidən növbədənkənar seçkilər  keçirilə bilər. Hadisələrin gedişi də belə bir ehtimalı istisna etmir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya