Cavid Qurbanov: Tarixi Qələbə dövlətimizə, onun müzəffər liderinə imkan verdi ki, qalib ölkənin rəhbəri kimi ölkəsinin və xalqının haqq işini beynəlxalq qanunlar çərçivəsində həll edə bilsin
Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov - Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının, onun şanlı və rəşadətli ordusunun misilsiz qəhrəmanlığı sayəsində 44 gün davam edən Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi və işğalçı Ermənistan məğlubiyyətə uğradı. İşğal altındakı ərazilərimiz düşmən tapdağından azad edildi, dədə-baba torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Bu möhtəşəm tarixi Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etməyimiz, qaniçən ermənilərin və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə başa çatdı. Otuz ilə yaxın davam edən Qarabağ münaqişəsi ədalətli həllini tapdı.
Tarixi Qələbə dövlətimizə, onun müzəffər liderinə imkan verdi ki, qalib ölkənin rəhbəri kimi ölkəsinin və xalqının haqq işini beynəlxalq qanunlar çərçivəsində həll edə bilsin. Nəticədə, 2020-ci il noyabrın 10- da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli bəyanat Azərbaycanın şanlı Qələbəsinin, işğalçı Ermənistanın isə hərbi kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi kimi dünya ictimaiyyətinə bəyan edildi. Bu bəyanat Azərbaycanın regionda və dünyada yeni reallıqlar yaratmasına yol açdı.
Yanvarın 11-də Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi Qarabağ bölgəsində hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra keçən il noyabrın 9-da imzalanmış 9 maddədən ibarət üçtərəfli bəyanatda əks olunan strateji prinsiplərin reallaşdırılmasının gedişini, cari ildə əsas hədəflərin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək və düzgün çıxış yolunu tapmaq idi.
Bu üçtərəfli görüşdə imzalanmış 4 maddəlik bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı. 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası və açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması və həmin işçi qrupun yanvarın 30-dək ilk iclasını keçirməsi barədə razılıq əldə edilməsi region dövlətlərinin mənafelərinə cavab verir. Çünki qısa zaman kəsiyində fəaliyyət istiqamətləri üzrə yaradılacaq ekspert alt qrupları dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təşkil olunacaq . Onlar bir ay ərzində layihələri hazırlayacaq, onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.
Azərbaycanı Naxçıvanla birləşdirən dəmir və avtomobil yollarının 30 ildən sonra bərpa edilməsi və istismara verilməsi təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kommunikasiya xətlərinin açılması nəticəsində Naxçıvan uzunmüddətli blokadadan çıxacaq və iqtisadi xərclərimiz xeyli azalacaqdır. Ərazi bütövlüyü bərpa edilmiş ölkəmiz Türkiyə, İran İslam Respublikası və Rusiya ilə iqtisadi əlaqələri daha da inkişaf etdirmək və genişləndirmək imkanı əldə edəcəkdir.
Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi prosesləri sürətləndirmək üçün nəhəng layihələrin icrasında fəal iştirakı ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaqdır. Azərbaycan regionun gələcək inkişafının təminatçısı kimi beynəlxalq daşımalarda daha fəal iştirak etməklə ölkənin iqtisadi inkişafına layiqli töhfələr verəcəkdir. Regionun iqtisadi yüksəlişi və bölgədə sülhə dəstək vermək təhlükəsizliyin dayanıqlı olmasını da təmin edəcəkdir.
İlham Əliyevin Moskvaya səfəri, imzalanan üçtərəfli bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Azərbaycan hərb meydanında qazandığı uğuru diplomatik masada, danışıqlar prosesində davam etdirir. Təbii ki, bu bəyanatda əksini tapan əməkdaşlıq məsələləri rəsmi Bakının şərtləri çərçivəsində qəbul olunub. Ermənistan Azərbaycanın onun üçün irəli sürdüyü əməkdaşlıq şərtlərini qəbul etməyə məcburdur.
Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin tərəfdarıdır. Azərbaycan və Rusiya rəhbərlərinin verdikləri açıqlamalardan tam şəkildə aydın olur ki, danışıqlarda Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü tələblər haqlı olduğuna görə bəyənilmiş, nəticədə yeni imzalanmış bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilməyib və status məsələsi müzakirə mövzusu olmayıb. Demək olar ki, Ermənistan bu görüşdən heç nə qazanmadı. Şərtlərimizi qəbul etməklə yanaşı, yeganə istəkləri noyabrın 10-dan sonra ələ keçirilmiş erməni diversant – terrorçuların əsir kimi qələmə verib azad olunması olsa da, bu məsələ də həllini tapmadı.
Ermənistanın millətçi və faşist ideologiyasından əl çəkməyən siyasi dairələri türk düşmənçiliyi mövqeyi tutan təşkilatları region üçün yaranmış yeni reallıqları sanki görmür, imzalanmış sənədlərin icrasından yayınmaq istəyirlər. İmzalanmış biabırçı məğlubiyyətdən ibrət götürmək və düzgün nəticə çıxarmaq əvəzinə, hələ də “böyük Ermənistan” yaratmaq xülyasından çıxmağı özlərinə rəva bilmirlər. Ancaq onlar yaxşı dərk etməlidirlər ki, aclığa və səfalətə qərq olmuş eməniləri və dağılmaqda olan Ermənistanı xilas etməyin yeganə düzgün yolu üçtərəfli bəyanatların tələblərinin yerinə yetirilməsinə qoşulmaq və regionda sülhü dayanıqlı etməkdir.
Ölkədə sabitlik yaratmaqla, iqtisadi layihələrə qoşulmaq şansı əldə etməklə ölkənin iqtisadiyyatını dirçəltmək olar. Reallığı düzgün qiymətləndirib regionda sabitlik yaradılmadığı halda Prezident İlham Əliyevin onlara xatırlatdığı kimi, dəmir yumruq işə düşəcək və nəticədə Ermənistan bir dövlət kimi Yer üzündən silinmək təhlükəsi ilə yenidən üzləşməli olacaq. Ona görə də nə qədər gec deyil Ermənistan Azərbaycanın onun üçün irəli sürdüyü əməkdaşlıq şərtlərini qəbul etməyə məcburdur. İmzalanmış sənədlərdən imtina etmək əvəzinə, onları heç bir irad irəli sürmədən yerinə yetirmək Ermənistanı gözləyən dəhşətli iqtisadi və siyası böhrandan çıxması üçün yeganə nicat yoludur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün Moskva görüşü çox vacib və əhəmiyyətli idi. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəni diplomatik müstəvidə davam etdirməsi dünyada yeni reallıqlar yaratmasına geniş yol açmaqla regionda dayanaqlı sülhə də təminatdır.
Vətən müharibəsində iştirak edən 57 dəmiryolçu təltif edilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə təltif olunan hərbi qulluqçular arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin 57 əməkdaşı var. Təltif edilən dəmiryolçuların siyahısı aşağıda təqdim olunub.
Şəhid Aqil Bağırov | İnfrastruktur departamenti, 7 nömrəli Ağstafa yol sahəsi, yol montyoru | - "Vətən uğrunda", - "Döyüşdə fərqlənməyə görə", - "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) |
Şəhid Asif Qocayev | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Vətən uğrunda", - "Cəsur döyüşçü", - "Şuşanın azad olunmasına görə" (ölümündən sonra) |
Şəhid İlqar Vəliyev | İnfrastruktur departamenti, 10 nömrəli İxtisaslaşdırılmış Dəmir yolu Müəssisəsi, sahə rəisi | - "Vətən uğrunda", - "Cəbrayılın azad olunmasına görə" (ölümündən sonra) |
Şəhid Vüqar Məmmədov | İnfrastruktur departamenti, "Əsaslı təmir" MMC, gözətçi | - "Vətən uğrunda", - "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) |
Elşad Hacıyev | Yük daşımaları departamenti, Qərb vaqon deposu, böyük vaqon baxıcısı təmirçisi | - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə", -"Kəlbəcərin azad olunmasına görə", - "Hərbi xidmətlərə görə" |
Rəşad Sahibov | "Dəmiryolservis" MMC, 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi, yol montyoru | - "Cəbrayılın azad olunmasına görə", - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə" |
Həbib Cabbarov | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Cəsur döyüşçü", - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə" |
Rəşad Bədəlzadə | İnfrastruktur departamenti, Sinifdən kənar Biləcəri stansiyası, işarəverən | - "Cəbrayılın azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə" |
Elsevər Quliyev | İnfrastruktur departamenti, 7 nömrəli Ağstafa yol sahəsi, keçid növbətçisi | - "Cəbrayılın azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə", - Laçının azad olunmasına görə |
Malid Qənbərov | İnfrastruktur departamenti, 12 nömrəli Salyan yol sahəsi, keçid növbətçisi | - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə", - "Şuşanın azad olunmasına görə" |
Cəbrayıl Ağayev | İnfrastruktur departamenti, 6 nömrəli Gəncə yol sahəsi, yol montyoru | - "Cəbrayılın azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə", - "Hərbi xidmətlərə görə" |
Xəlil Yusubov | Yük daşımaları departamenti, Yük və kommersiya xidməti, böyük yük və baqaj qəbul- təhvilçisi | - "Cəbrayılın azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə", - "Laçının azad olunmasına görə" |
Tural Bayramov | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Cəbrayılın azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə", -"Kəlbəcərin azad olunmasına görə" |
Elcan Məmmədov | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Cəbrayılın azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə", - "Laçının azad olunmasına görə" |
Samir Xələfov | Texniki xidmət və istismar departamenti, Gəncə istismar sahəsi, santexnik | - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə", - "Kəlbəcərin azad olunmasına görə" |
Sərxan Əliyev | Həkim-Sanitar Xidməti, tibb qardaşı | - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə", - "Şuşanın azad olunmasına görə" |
Aydın Quliyev | İnfrastruktur departamenti, Qərb istiqaməti sahəsi, stansiya növbətçisi | - "Cəsur döyüşçü", - "Xocavəndin azad olunmasına görə" |
Elnur Məmmədov | "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC, Kürəkçay istehsalat sahəsi, yol montyoru | - "Cəsur döyüşçü", - "Kəlbəcərin azad olunmasına görə" |
Elnur Qarayev | Yük daşımaları departamenti, Yük və kommersiya xidməti, yük xəzinədarı | - "Döyüşdə fərqlənməyə görə", - "Şuşanın azad olunmasına görə" |
Əhməd Keçəlov | Yük daşımaları departamenti, Qərb vaqon deposu, vaqon baxıcısı təmirçisi | - "Döyüşdə fərqlənməyə görə", - "Şuşanın azad olunmasına görə" |
Nicat İlyasov | İnfrastruktur departamenti, 4 nömrəli Gəncə elektrik təchizatı sahəsi, elektrik mexaniki | - "Cəbrayılın azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə" |
Ruslan Məlikov | İnfrastruktur departamenti, 4 nömrəli Hacıqabul işarəvermə və rabitə sahəsi, elektrik mexaniki | - "Füzulinin azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə" |
Elgün Şahbazov | İnfrastruktur departamenti, 6 nömrəli Salyan işarəvermə vərabitə sahəsi, avtomobil sürücüsü | - "Xocavəndin azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə" |
Rəşad Soltanov | İnfrastruktur departamenti, 5 nömrəli Kürdəmir yol sahəsi, keçid növbətçisi | - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə" |
Calal Möhsümzadə | İnfrastruktur departamenti, 12 nömrəli Salyan yol sahəsi, keçid növbətçisi | - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə" |
Əli Mərdanov | İnfrastruktur departamenti, 14 nömrəli H.Z.Tağıyev yol sahəsi, keçid növbətçisi | - "Xocavəndin azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə" |
Novruz Məmmədov | İnfrastruktur departamenti, 9 nömrəli Yevlax işarəvermə və rabitə sahəsi, elektrik mexaniki | - "Füzulinin azad olunmasına görə", - "Xocavəndin azad olunmasına görə" |
Əzim Xudaverdiyev | İnfrastruktur departamenti, Motorlu-rels nəqliyyatı, Maşın və mexanizmlərin təmiri Yol emalatxanası, motovoz maşinistinin köməkçisi | - "Füzulinin azad olunmasına görə", - "Xocavəndin azad olunmasına görə" |
Binyamin Rəfiyev | Yük daşımaları departamenti, II qrup İmişli lokomotiv deposu, dizel və köməkçi avadanlıqların təmiri üzrə çilingər | - "Cəbrayılın azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə" |
Səfər Həziyev | Sərnişin daşımaları departamenti, Bakı lokomotiv deposu, usta | - "Cəbrayılın azad olunmasına görə", - "Füzulinin azad olunmasına görə" |
Qasım Bayramlı | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Füzulinin azad olunmasına görə", - "Qubadlının azad olunmasına görə" |
Ramil Adgözəlov | İnfrastruktur departamenti, Fövqəladə hallar qatarı idarəsi, akkumulyatorçu | - "Cəsur döyüşçü" |
Aslan Seydaliyev | İnfrastruktur departamenti, 1 nömrəli Tağıyev işarəvermə və rabitə sahəsi, elektrik mexaniki | - "Suqovuşanın azad olunmasına görə" |
Rəşad Əmiraslanov | İnfrastruktur departamenti, 2 nömrəli Biləcəri yol sahəsi, motovoz maşinist köməkçisi | - "Suqovuşanın azad olunmasına görə" |
Orxan Məmmədov | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Suqovuşanın azad olunmasına görə" |
Əli Hüseynov | İnfrastruktur departamenti, Sinifdən kənar Biləcəri stansiyası, elektrik mərkəzləşməsi üzrə stansiya növbətçisi | - "Xocavəndin azad olunmasına görə" |
İlqar Qarayev | İnfrastruktur departamenti, Qərb istiqaməti sahəsi, operator | - "Füzulinin azad olunmasına görə" |
Ramil Qurbanov | Yük daşımaları departamenti, Yük və kommersiya xidməti, yük və baqaj qəbul-təhvilçisi | - "Füzulinin azad olunmasına görə" |
Vüsal Bəybalabəyli | Yük daşımaları departamenti, I qrup Biləcəri lokomotiv deposu, teplovoz maşinisti | - "Füzulinin azad olunmasına görə" |
Kamran Məmmədov | Yük daşımaları departamenti, I qrup Biləcəri lokomotiv deposu, yanacaq aparatlarının təmiri üzrə çilingər | - "Füzulinin azad olunmasına görə" |
Rəhman Fətullayev | Texniki xidmət və istismar departamenti, İmişli anbarı, gözətçi | - "Füzulinin azad olunmasına görə" |
Əli Quliyev | "Dəmiryolservis" MMC, 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi, gözətçi | - "Füzulinin azad olunmasına görə" |
Nizami Qoçəliyev | İnfrastruktur departamenti, 16 nömrəli Hacıqabul yol sahəsi, yol montyoru | - "Qubadlının azad olunmasına görə" |
Seymur Qasımov | Yük daşımaları departamenti, Qərb vaqon deposu, hərəkət heyətinin təmiri üzrə çilingər | - "Qubadlının azad olunmasına görə" |
Ayxan Abbasov | İnfrastruktur departamenti, Qərb istiqaməti sahəsi, post növbətçisi | - "Şuşanın azad olunmasına görə" |
Mais Abbasov | İnfrastruktur departamenti, 7 nömrəli Ağstafa yol sahəsi, keçid növbətçisi | - "Şuşanın azad olunmasına görə" |
Niyaməddin Heydanov | Sərnişin daşımaları departamenti, Bakı sərnişin stansiyası, vaqon hərəkət sürətinin tənzimləyicisi | - "Şuşanın azad olunmasına görə" |
Elbrus Şahməmmədov | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Şuşanın azad olunmasına görə" |
Ramil Hüseynov | İnfrastruktur departamenti, 12 nömrəli Salyan yol sahəsi, operator köməkçisi | - "Kəlbəcərin azad olunmasına görə" |
Fuad Nuriyev | İnfrastruktur departamenti, Qərb istiqaməti sahəsi, operator | - "Kəlbəcərin azad olunmasına görə" |
Asif Ağazadə | Yük daşımaları departamenti, Yük və kommersiya xidməti, yük xəzinədarı | - "Kəlbəcərin azad olunmasına görə" |
Fərzəli Cəlilov | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Kəlbəcərin azad olunmasına görə" |
Murad İbrahimov | İnfrastruktur departamenti, Qərb istiqaməti sahəsi, post növbətçisi | - "Ağdamın azad olunmasına görə" |
Süleyman Hacıyev | İnfrastruktur departamenti, Qərb istiqaməti sahəsi, operator | - "Laçının azad olunmasına görə" |
Məhəmməd Rəhimov | İnfrastruktur departamenti, 4 nömrəli Gəncə elektrik təchizatı sahəsi, drezin sürücüsü | - "Laçının azad olunmasına görə" |
Zabil Yaqubov | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, böyük atıcı | - "Laçının azad olunmasına görə" |
Seymur Bədirov | Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı | - "Laçının azad olunmasına görə" |
ADY işə qəbul prosesini tamamilə məsafəli rejimə keçirib
Bu həll ölkəmizin istənilən yerindən namizədlərin iş elanlarına evdən çıxmadan müraciətinə və növbəti mərhələlərdə onlayn rejimdə iştirakına geniş imkanlar yaradır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib. Namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.
ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib. Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər. Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər.
ADY-nin rəsmi saytının “Karyera” bölməsində (career.ady.az) işə qəbul prosesi haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.
ADY-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov məsələni şərh edərək qeyd etdi: “Azərbaycan Dəmir Yolları” QSC-nin digər sahələrində olduğu kimi insan resursları idarəçiliyi sahəsində də davamlı islahatlar aparılır. İnsan resursları idarəsi ADY-nin digər strukturları kimi karantin dövründə öz fəaliyyətini mövcud vəziyyətin tələblərinə uyğunlaşdırmaqla məsafədən işləmə rejiminə üstünlük verərək, daxili işlərlə yanaşı namizədlərlə və işçilərlə olan əlaqələri də elektron və onlayn qaydada tənzimləməkdədir. ADY-də işə qəbul prosesi ilə yanaşı digər insan resursları idarəçiliyi funksiyalarının da onlayn tətbiqinə başlanılmış və uğurla davam etdirilməkdədir. Məsələn, işçilərin sahə üzrə biliklərinin qiymətləndirilməsi, təlimlərin təşkili prosesləri də onlayn şəkildə icra edilməkdədir”.
İşə qəbul sahəsində başlıca məqsəd gələcək karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurmaq istəyən namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bərabər şərait yaratmaq, müsabiqələrdə şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. ADY vətəndaşların Cəmiyyətin əməkdaşı olmaq arzusunu yüksək qiymətləndirir və bu yolda onlara uğurlar arzu edir.