» » Bakı İrəvanı Qafqazdakı layihələrə buraxmır: Ermənistan Zəngəzur dəhlizi üçün yalvaracaq

Bakı İrəvanı Qafqazdakı layihələrə buraxmır: Ermənistan Zəngəzur dəhlizi üçün yalvaracaq

Bakı İrəvanı Qafqazdakı layihələrə buraxmır: Ermənistan Zəngəzur dəhlizi üçün yalvaracaq


Azərbaycan Qərbin sifarişlərini icra edən Ermənistanın “kaprizlər”inə görə zaman itirmək niyyətində deyil, ona görə də, alternativ variantlara üstünlük verməyə başlayıb... Rəsmi Bakı Paşinyan hakimiyyətinə “regional qapıları” qapadaraq, Cənubi Qafqazın geopolitik, geoiqtisadi və geostrateji layihələrini Ermənistandan yan keçməklə, reallaşdırmaq qərarı verib...
Cənubi Qafqaz geopolitik, geoiqtisadi və geostrateji layihələr üçün ən cəlbedici məkana çevrilməyə başlayıb. Hazırda dünyanın bir çox siyasi-iqtisadi iradə mərkəzlərinin əsas diqqəti məhz bu regiona yönəlmiş kimi görünür. Yəqin ki, Cənubi Qafqazın regional layihələr üzrə vəd etdiyi parlaq perspektivlər dünyada bir çoxlarını şirnikləndirir. Və ona görə də, əksər beynəlxalq siyasi-iqtisadi iradə mərkəzləri həmin perspektivlərdən özləri üçün ən sərfəli payın qoparılmasına can atırlar.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz hazırda ilk növbədə beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin önəmli qovşağına çevrilmək imkanları ilə diqqəti çəkir. Xüsusilə də, bu regionun Avropa və Asiyanı birləşdirmək perspektivi hər il nəhəng maliyyə dövriyyəsi ilə bağlı proqnozları gücləndirir. Bəzi iddialara görə, bu proqnozlar yüzmilyonlarla dollar üzərindən aparılan maliyyə hesablamalarını özündə əks etdirir. Hətta illik iqtisadi-ticari tranşlardan ortaya çıxacaq maliyyə dövriyyəsinin 500 milyard və bir trilyon dollar arasında dəyişə biləcəyi istisna olunmur.



Göründüyü kimi, Cənubi Qafqaz hazırda dünya iqtisadiyyatının ən böyük “tikələr”indən birinə çevrilmək imkanlarını özündə birləşdirir. Bu baxımdan yaxın gələcəkdə bu regionun böyük sürətlə dəyişərək, inkişaf mərhələsinə qədəm qoya biləcəyi qətiyyən şübhə doğurmur. Cənubi Qafqazın inkişaf perspektivləri qarşısında olan əsas əngəlin “Qarabağ problemi”nin birdəfəlik aradan qaldırılması geoiqtisadi layihələrin də önünü artıq açıb. Hazırda Cənubi Qafqaz uğrunda mövcud olan amansız mübarizənin bu regionu “nifaq alması”na çevirməsinin səbəbləri də indi daha çox başadüşüləndir.

Təbii ki, yalnız Azərbaycan deyil, ümumiyyətlə, Cənubi Qafqazın gələcək inkişaf perspektivləri üçün “açar geoiqtisadi layihə” olaraq, Zəngəzur dəhlizi ön plana çıxıb. Yəni, bu regionun Avropa və Asiya arasında birbaşa nəqliyyat-kommunikasiya marşrutuna çevrilməsi üçün Zəngəzur dəhlıizinin hansısa variantda mütləq reallaşdırılması əsas şərtdir. Və belə anlaşılır ki, bu dəhliz üçün alternativ variantlar artıq qaçılmaz xarakter daşıyır.

Məsələ ondadır ki, rəsmi İrəvan hamıdan çox marağında olduğu Zəngəzur dəhlizini yalnız Ermənistanın nəzarəti altında açılmasına razılıq verir. Rəsmi Bakı isə Fransa və Avropa Birliyinin tam nəzarətində olan Ermənistana belə bir şans tanımaq niyyətindən uzaqdır. Üstəlik, Kreml də Zəngəzur dəhlizinin Ermənistanın deyil, məhz Rusiyanın nəzarətində olmasını hədəflədiyindən Azərbaycanın mövqeyinə daha yaxındır. Və bu, Ermənistanın çətin vəziyyətə salınmasına yol aça biləcək önəmli bir məqamdır.



Belə anlaşılır ki, Azərbaycan, Türkiyə və Rusiya, eləcə də, dolayısı ilə İran Ermənistan ucbatından ABŞ, Fransa və Avropa Birliyinin Cənubi Qafqaza yerləşmək cəhdlərinə qarşı çıxmaq məcburiyyətində qalıblar. Adı çəkilən dövlətlər geopolitik, geoiqtisadi və geostrateji xarakter daşıyan layihələrin, o cümlədən də Zəngəzur dəhlizinin bu regiona heç bir aidiyyatı olmayan beynəlxalq güclərin nəzarəti altına keçməsinə müqavimət göstərməkdə qərarlı davranırlar. Və bu, Ermənistan üçün olduqca böyük təhlükə vəd edir.

Maraqlıdır ki, Azərbaycan Qərbin sifarişlərini icra edən Ermənistanın “kaprizlər”inə görə zaman itirmək niyyətində deyil. Ona görə də, rəsmi Bakı alternativ variantlara üstünlük verməyə başlayıb. Belə ki, Azərbaycan və İran arasında Zəngəzur dəhlizinin funksiyalarını yerinə yetirəcək marşrutun işə salınması barədə prinsipial anlaşma əldə olunub. Yəni, rəsmi Bakı yeni marşrutu Ermənistandan yan keçməklə reallaşdırmaq planlarını icra etməyə başlayıb.

Belə anlaşılır ki, Qərbin icazəsi olmadan sərbəst qərarlar verə bilməyən Ermənistanın mövqeyi ucbatından Zəngəzur dəhlizinə marağını itirmək üzrədir. Bu, indiki situasiyada yalnız Ermənistana sarsıdıcı zərbə vura bilər. Çünki böyük perspektlər vəd edən belə nəhəng layihədən kənarda qalacağı təqdirdə, Ermənistan önəmli maliyyə qaynağından məhrum edilmiş duruma düşəcək. Və nəticədə Ermənistan vaxtilə Bakı-Ceyhan əsas boru xətti də daxil olmaqla, iştirakdan kənarda qaldığı geoiqtisadi layihələrlə bağlı itkiləri təkrarlamış olacaq.



Bütün bunlar o deməkdir ki, Qərbin təsiri altında qalan Ermənistan blokadadan çıxmaq şanslarını istifadə etmək əvəzinə, özünün daha da təcrid edilmiş duruma salmaqdadır. Azərbaycan isə bundan demək olar ki, heç nə itirməyəcək. Belə ki, əgər, Zəngəzur dəhlizi Ermənistan ərazisi ilə reallaşsaydı, bu marşrutun uzunluğu 42 kilometr olacaqdı. İndi İran ərazisindən çəkiləcək nəqliyyat-kommunikasiya xəttinin uzunluğu 50 kilometrə yaxınlaşacaq. Yəni, rəsmi Bakı üçün ortaya çıxacaq fərq təxminən 8 kilometrlə məhdudlaşır. Və bu, artıq Azərbaycanın deyil, məhz Ermənistanın tarixi iqtisadi probleminə çevrilə bilər.

Təbii ki, rəsmi İrəvan Azərbaycanın alternativ variantı işə salmasından ciddi şəkildə narahatdır. Ona görə də, baş nazir Nikol Paşinyan vəziyyəti düzəltmək üçün “dünyanın regional qovşağı” adlandırdığı qeyri-real layihə ilə çıxış edib. Onun iddiasına görə, əgər, Ermənistan ərazisindən Şimal-Cənub və Şərq-Qərb marşrutları keçərsə, bu, dünya iqtisadiyyatı üçün ən sərfəli variant ola bilər. Halbuki, indiki situasiyada erməni baş nazirin bu uydurma layihəsinə maraq göstəriləcəyi qətiyyən inandırıcı deyil.

Çünki qərar verənlərin sırasında Ermənistan yer almır. İndiki halda, rəsmi İrəvan öz davranışları ilə Ermənistanı ən perspektivli geoiqtisadi layihədən kənarda qoymaq üzrədir. Əgər, belə davam edərsə, böyük ehtimalla yaxın vaxtlarda Ermənistan “dünyanın regional qovşağı”nı bir kənara buraxıb, Zəngəzur dəhlizinin rəsmi Bakının şərtləri çərçivəsində reallaşdırılması üçün Azərbaycana yalvarmaq məcburiyyətində də qala bilər.(musavat.com)
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya