» » Rusiya 4-5 gündən sonra Qarabağda nə edəcək?.. - "Putin ciddi göstəriş verib..."

Rusiya 4-5 gündən sonra Qarabağda nə edəcək?.. - "Putin ciddi göstəriş verib..."



Rusiya lideri Putin “FSB”, Rusiya Xarici İşlər və Müdafiə Nazirliklərinə Qarabağdakı ermənilərin durumu ilə bağlı məsələ ilə ciddi məşğul olmağı tapşırıb.

Moderator.az xəbər verir ki, News.am-ın, eləcə də, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bunu baş separatçı Arayik Arutyunyanın iqamətgahı yaxınlığında “xalq hərəkatı qərargahı”nın təşkilatçılığıyla keçirilən etiraz aksiyasının iştirakçıları ilə görüşdə qondarma “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya tərəfinin A.Arutyunyanın V.Putinə vəziyyətlə bağlı məktubuna reaksiyasına istinad edərək söyləyib.

O, Ermənistan baş naziri Nikol Paşinyanla Vladimir Putin arasında telefon söhbətinin bəzi təfərrüatlarını da təqdim edib. T.Petrosyanın sözlərinə görə, Paşinyan Rusiya diktatoru ilə söhbətdə hazırda Qarabağda vəziyyətin məktubun yazıldığı vaxtdan daha pis olduğunu, yəni anbaan pisləşdiyini də vurğulayıb,

“Bu həftənin sonuna qədər, təxminən 4-5 gün gözləməliyik. Sülhməramlı qoşunların komandanlığına da yazılı şəkildə məlumat verilib ki, Artsaxda ərzaq çatışmazlığı var. Tələbimiz qısa müddət ərzində yolun açılmasıdır. Biz gözləyirik və əgər Rusiya həmin müddətdə aktiv addımlar atmasa, onun bizə münasibəti aydın olacaq. Onu da əlavə edim ki, bizim müxtəlif təkliflərimiz var, lakin hələlik bu barədə danışmaq düzgün deyil, çünki biz Rusiyanın addımlarını gözləyirik”, - deyə T. Petrosyan əlavə edib.

Petrosyan bildirib ki, o, guya “FSB” rəhbəri ilə də telefon danışığı aparıb və onu Artsaxdakı humanitar vəziyyətlə də tanış edib

Onun sözlərinə görə, Rusiya tərəfi fəal addımlar atmasa, separatçı “hökumət” “öz təkliflərini müsbət və mənfi tərəfləri ilə xalqa təqdim edəcək”.

“Son qərarın referendumla qəbul edilməsi çox mümkündür, çünki belə qərarlar başqa cür qəbul edilə bilməz”, - deyə T. Petrosyan vurğulayıb...
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya