Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə xanım Verdiyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
- 12-06-2023, 13:35
- Bölgə
- 0
- 497
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə xanım Verdiyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə xanım Verdiyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Gülarə xanım Verdiyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Gülarə xanım Verdiyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə xanım Verdiyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Nəsimi rayonunda növbəti iməcilik keçirildi
Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi ilə əlaqədar çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi. Eyni zamanda iməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.
Ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda iməclik işləri aparılmışdır.
İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bardürlər, işıq dirəkləri, reklam lövhələri, , yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı yuyularaq təmizlənmişdir. Eyni zamanda ticarət obyektlərinin vitrinlərində təmizlik işləri aparılmışdır. Qulluq zamanda parklarda heykəllər yuyulmuş, abad həyətlərdə, xiyabanlarda alaq otları təmizlənmiş, yaşıllıq zolaqlarına qulluq göstərilmiş, eyni zamanda parklarda və abad həyətlərdə mövsümi çiçəklər əkilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.
RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İƏD üzrə sakinlərin istəyini nəzərə alaraq müraciətləri dinləmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda Dilarə Əliyeva, Vidadi, Şamil Əzizbəyov, 28 May küçələri, Azadlıq prospekti ərazilsində yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən Alışova Nazənin, Babayev Ramiz, Rüstəmov Azər, Fətullayev Arif, Səfərov Kərəm, Süleymanova Xanım, Ələsgərova Zemfira, Hüseynova Mülayim, Qaracov Tofiq və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, asfalt örtüyünün təmiri, oturacaqların quraşdırılması, eyvanların təmiri, kanalizasiya və su xəttinin təmiri, quru vəziyyətdə olan ağacın götürülməsi barədə müraciətlər etmiş, məişət tullantıları konteynerləri ilə bağlı təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə məlumatlar verilmiş, tədbirlərin davam etdirildiyi qeyd olunmuşdur.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, qaldırılan məsələlərin bir qismi ilə bağlıdir.