» » Ağstafa rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Ağstafa rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

1. YAP-da tədbir 13.06.2023 (14).jpg

Ağstafada “Milli Qurtuluşumuzun 30-cu ildönümü” adlı möhtəşəm bayram konserti təşkil olunub

1. DSC_3331.JPG

Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli Qurtuluşumuzun 30-cu ildönümü” adlı möhtəşəm bayram konserti təşkil olunub.
Ölkəmizin tanınmış incəsənət xadimlərinin iştirakı ilə Ağstafa şəhərində Mərkəzi stadionun qarşısında təşkil olunmuş bayram tədbirində RİH başçısı Seymur Orucov, şəhid ailələrinin üzvləri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabit heyətləri, Ağstafaya təşrif buyurmuş qonaqlar  və ictimayiət nümayəndələri iştirak ediblər.
Aparıcılar, Oruc Mansırov və Dildara xanım, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Günü münasibəti ilə hər kəsi təbrik edib və konsert proqramı boyunca  bu tarixi yaradan, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyət, ümumilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs ediblər.
Konsertdə şairə Cığatel İsaqızının çıxışı, eləcə də müğənnilərin ifasında bəstəkarların Vətənə həsr etdikləri və digər sevilən mahnılar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Bayram tədbirində yüksək əhval-ruhiyyə və izdiham müşayiət olunub.
 
Ağstafada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan fləşmob keçirilib

111.jpg

Min nəfərədək ağstafalı gənc bir araya gələrək “Heydər Əliyev” və Ulu Öndərin yubileyini tərənnüm edən “100” yazılarını əks etdiriblər.
Fləşmob Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Gənclər Mərkəzinin qarşısında təşkil olunub.
Ağstafada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan fləşmob keçirilib
Ağstafada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan fləşmob keçirilib
Ağstafada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan fləşmob keçirilib

Ağstafada “Milli Qurtuluşumuzun 30-cu ildönümü” mövzusunda tədbir keçirilib

1. qurtuluş.jpg

Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa Aqrar Sənaye Kompleksinin böyük akt zalında “Milli Qurtuluşumuzun 30-cu ildönümü” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısı Seymur Orucov, rəsmi qonaqlar, şəhid ailələrinin üzvləri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Əvvəlcə tədbir iştirakçıları Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirin keçirildiyi zalda Dövlət Himnimiz səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olunub.
Daha sonra səhnənin böyük monitorunda nümayiş etdirilən “15 iyun–Milli Qurtuluş Günü və onun müəllifi, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev” mövzusunda video reportaja tamaşa olunub.
         Tədbiri giriş sözü ilə açan Seymur Orucov qeyd edib ki, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
         Digər çıxışçılar Ağstafa YAP rayon Təşkilatının sədri Etibar Hacıyev, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Ağstafa rayon şöbəsinin müdiri Asif Qənbərov, rayon Mərkəzi Xəstəxanasının həkimi Murad Babakişizadə, rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi  Xuraman Əzimova da Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən və tariximizə ulu öndər Heydər Əliyev tərəfindən qızıl hərflərlə həkk olunan 15 İyun – Milli Qurtuluş Günü haqqında geniş məruzələr söyləyiblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup şəxs Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.
 
Ağstafada 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

1. YAP-da tədbir 13.06.2023 (14).jpg

Ağstafa RİH və YAP Ağstafa rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, Təşkilatın sədri Etibar Hacıyev, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
YAP Ağstafa rayon Təşkilatının inzibati binasında təşkil olunan tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Seymur Orucov, Etibar Hacıyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin müəllimi Vüsal Həsənov, Ağstafa şəhər Texniki Humanitar Təmayüllü liseyin uşaq birliyi təşkilatının rəhbəri Naidə Həsənova, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ramiz Nəsirov və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov çıxış edərək  Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunmasından söz açıblar.
YAP Ağstafa rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanlarla təltif olunub və Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə vəsiqələr təqdim olunub.
 
Ağstafada 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Ağstafada su bioresurslarının artırılması və qorunması məqsədi ilə Kür çayına balıq körpələri buraxılıb

1. DSC_2829.JPG

“2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu qəsəbəsi ərazisində su bioresurslarının artırılması və qorunması məqsədi ilə Kür çayına balıq körpələrinin buraxılması mərasimi təşkil olunub.
           Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Xidmətin məsul əməkdaşları Samir Süleymanov və Vüsal Xankişiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, YAP Ağstafa rayon Təşkilatının könüllüləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.  
Qeyd olunub ki, Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə dövlətimiz tərəfindən bir sıra mühüm təşəbbüslər həyata keçirilir. Balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin qarşısının alınması, ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirindən qorunması kimi mühüm tədbirlərin icrasından geniş bəhs olunub. Vətəndaşların balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən qəti şəkildə imtina etməyə çağırılıb. Bildirilib ki, gələcəkdə Ağstafa rayon ərazisində bu cür aksiyaların davamlı olması üçün müvafiq tədbirlər görüləcəkdir.
 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya