Füzuli-Şuşa dəmir yolu xəttində bu işlər tamamlanıb - FOTO
- 21-10-2021, 12:25
- İqtisadiyyat
- 0
- 220
"Azərbaycan Dəmir Yolları" QSC-nin tikintisini planlaşdırdığı Füzuli-Şuşa elektrikləşdirilmiş dəmir yolu xəttinin uzunluğu ox üzrə 83,4 km olacaq.
Bu barədə səhmdar cəmiyyəti xəbər verir.
Məlumata görə, layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.