Главная > İqtisadiyyat > Füzuli-Şuşa dəmir yolu xəttində bu işlər tamamlanıb - FOTO
Füzuli-Şuşa dəmir yolu xəttində bu işlər tamamlanıb - FOTO21-10-2021, 12:25. Разместил: admin |
"Azərbaycan Dəmir Yolları" QSC-nin tikintisini planlaşdırdığı Füzuli-Şuşa elektrikləşdirilmiş dəmir yolu xəttinin uzunluğu ox üzrə 83,4 km olacaq. Bu barədə səhmdar cəmiyyəti xəbər verir. Məlumata görə, layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir. Вернуться назад |