» » İmişli şəhərində 06.08.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub

İmişli şəhərində 06.08.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub

Əhalini narahat edən problemlərin birbaşa həlli məqsədilə İmişli rayonunda vətəndaşların səyyar qəbulu müntəzəm olaraq davam etdirilir. Avqustun 6-da rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş İmişli şəhər sakinləri ilə keçirilib.
İmişli şəhərinin 6 saylı tam orta məktəb binasında təşkil olunan görüş zamanı çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev sakinləri salamlayaraq yerlərdə keçirilən səyyar görüşlərin məqsədinin vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin həllinə nail olunması ilə əlaqədar olduğunu bildirib. Səmimi söhbət əsasında keçən səyyar qəbul zamanı sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Sakinlərin təkliflərini həssaslıqla dinləyən icra başçısı mövcud problemlərin həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.





  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya