Главная > Gündəm / Bölgə > İmişli şəhərində 06.08.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub
İmişli şəhərində 06.08.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub6-08-2024, 21:04. Разместил: admin |
![]() İmişli şəhərinin 6 saylı tam orta məktəb binasında təşkil olunan görüş zamanı çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev sakinləri salamlayaraq yerlərdə keçirilən səyyar görüşlərin məqsədinin vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin həllinə nail olunması ilə əlaqədar olduğunu bildirib. Səmimi söhbət əsasında keçən səyyar qəbul zamanı sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Sakinlərin təkliflərini həssaslıqla dinləyən icra başçısı mövcud problemlərin həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. ![]() ![]() ![]() ![]() Вернуться назад |