Biləsuvar Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Növbəti səyyar qəbul 27 iyul tarixində rayonun Yuxarı Ağalı kənd sakinləri ilə keçirildi
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə iyul ayının 27-də Yuxarı Ağalı kəndində səyyar qəbul keçirdi.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Faiq Qürbətov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
İcra Başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Ağalı kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayon sakinlərinin müraciətlərini dinlədi
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 22 iyul tarixində keçirdiyi qəbul zamanı müraciət edən 23 nəfər rayon sakinini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Vətəndaşlar əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər edib.
Növbəti səyyar qəbul 20 iyul tarixində rayonun Nərimankənd kənd sakinləri ilə keçirildi
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə iyul ayının 20-də Nərimankənd kəndində səyyar qəbul keçirdi.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Faiq Qürbətov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
İcra Başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyəti başçısının Nərimankənd kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.