» » Hansı ali məktəbi bitirdiyi məlum olmayan, hərbi mayor Alı Alıyev… - Füzulinin icra başçısı Alı Alıyev büdcədən kənar vəsaiti necə mənimsəyir?…

Hansı ali məktəbi bitirdiyi məlum olmayan, hərbi mayor Alı Alıyev… - Füzulinin icra başçısı Alı Alıyev büdcədən kənar vəsaiti necə mənimsəyir?…

Hansı ali məktəbi bitirdiyi məlum olmayan, hərbi mayor Alı Alıyev… - Füzulinin icra başçısı Alı Alıyev büdcədən kənar vəsaiti necə mənimsəyir?…

Füzuli Rayon İcra Hakimiyyətində  büdcə vəsaitlərinin mənimsənilməsi  barədə  yazıya başlamaq üçün Rayon İcra hakimiyyətinin rəsmi saytına  http://fuzuli-ih.gov.az/az/sura.html baxmalı olduq. 
Sözün düzü, bizim rayonun icra başçısı hörmətli Alı Alıyevin personası ilə heç bir problemimiz yoxdur. Amma... 
Əmması odur ki, Rayon İcra Hakimiyyətinin rəsmi saytında Alı Alıyevlə bağlı yazılır: Ali məktəbi bitirdikdən sonra.... Ay adam, hansı ali məktəbi....hansı fakültəni...neçənci ildə...? 
Sən neçənci ildə anadan oldun..? 
Vallahi, belə olmaz ee...bu dövlət qurumunun rəsmi saytıdır..? Biz bir media olaraq, neçə ildir yazırıq ki, bu biabırçılğı  aradan qaldırın. 
Sözün qısası, hörmətli Alı müəllim, hansısa ali məktəbin hansısa fakültəsini bitirəndən sonra...Füzulidə komsomolda şöbə müdiri olub. Və hansısa ali məktəbi bitirəndən 5 il sonra ƏSGƏRLİYƏ gedib. Və 1 ildə hərbi MAYOR olub. Lənət şeytana, bu nə oyundur... 1 ildə bu adam necə mayor oldu..? 
Alı Alıyev  sonradan 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən 2011-ci ilədək  Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. Və 2011-ci il tarixdən bu günədək Füzuli rayonu İcra Hakimiyyətinin başçısıdır. 
İndi isə keçək əsas  mövzuya. Məlumdur ki, bütün dünyada ərazi-inzibati vahidləri özləri özlərini maliyyələşdirir. Düzdür, hər bir inzibati vahidin buna imkanı çatmır. Çünki elə rayonlar var ki, turizm üçün imkanları var, yaxud  ərazidə müxtəlif təbii  sərvətlər var. Elə rayonlar var ki, özünü maliyyələşdirmək imkanları çox aşağıdır. Belə olan halda dövlət büdcəsindən həmin rayonlara subsidiya ayrılır. 
Təəssüf ki, bizdə rayonların çoxu dövlət büdcəsinin  “boynunda”  oturub. Ancaq son illər  bu istiqamətdə ciddi  addımlar atılıb. Bir çox rayonlar özünümaliyyələşdirmə prinsipinə keçiblər. Və “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası” təsdiq edilib. Lap sadə  dildə desək rayonlar  yerli gəlirləri və xərcləri özləri tənzimləyir. Bu gün haradasa  50-dən çox rayon  özünü maliyyələşdirmə ilə fəaliyyət göstərir. 
Hazırkı yazıda Füzuli rayonunda  büdcə gəlirlərinin mənimsənilməsi əsas mövzudur. Belə ki, rayonun yerli gəlirlərindən rayonun büdcəsinə daxil olan xeyli vəsaitə ancaq və ancaq rayonun icra başçıs Alı Alıyev nəzarət  edir. Yəni Alı Alıyev xeyli miqdarda vəsaitə özü şəxsən sərəncam verir, kimə və hara istəsə yönəldir. 
Görəsən, Maliyyə Nazirliyi, Hesablama Palatası nə üçün bu qanunsuzluqlara nəzarət etmir..? 
Digər tərəfdən hamıya bəllidir ki, icra başçılarının nəzrətində ianə fondları var. Yəni kimlərsə, iş adamları, yerli biznesmenlər, yaxud başqa imkanlı şəxslər bu fonda xeyriyyəçilik məqsədi ilə xeyli pul köçürürlər. Buna da nəzarəti cənab Alı Alıyev edir. Və xeyriyyəçi insanların köçürdüyü vəsaiti özü üçün sağa-sola xərcləyir. Alı Alıyev isə oğluna deyib ki, əsgərlərə siqaret payla və video çəkib saytlarda paylaş. 
Növbəti sayımızda Füzuli rayonunda "Büdcədən kənar vəsaitlərin necə xərclənməsi və yerli iş adamları" yazısı dərc olunacaq. Bizi izləyin.


 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya