Taliban Rusiyaya söz verdi: qonşu ölkələrə hücum edilməyəcək
- 9-07-2021, 09:00
- Dünya
- 0
- 182
“Taliban” radikal hərəkatının nümayəndə heyəti Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in Asiyada ikinci departamentinin direktoru Zamir Kabulovla görüşüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə “Taliban” hərəkatının siyasi idarəsinin açıqlamasında qeyd olunub.
“İclasda İslam Əmirliyinin (“Taliban”ın öz idarəetməsinə verdiyi ad - Red.) nümayəndə heyəti öz mövqeyini bir daha təkrarlayıb ki, əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq”, - açıqlamada belə deyilir.
Hərəkat nümayəndələri Əfqanıstanda davamlı sülhün əldə olunmasında maraqlı olduqlarını da bildiriblər. Bundan başqa, qeyd edilib ki, qonşu ölkələrlə sərhəd-keçid məntəqələri adi qaydada fəaliyyətini davam etdirəcək.