» » Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir.
Bunu ölkə başçısına ünvanlanan məktublardan da görmək olar.

"Ölkə.Az" həmin məktublardan bir nçəsini təqdim edir:

Salyan şəhər  1 saylı məktəb-liseyin Tarix müəllimi Bəhram Mikayıl oğlu Bağırov



Ərazilərin bərpa olunması və Böyük Qayıdış ritorikası

Bildiyimiz kimi, bir neçə ay öncə müzəffər odumuz erməni işğalçıları üzərində möhtəşəm qələbə qazandı. Bu qələbə xalqla cənab ali baş komandanın birliyi nəticəsində qazanıldı. İşğaldan azad olunmuş torpaqlara yenidən qayıdışımız, erməni işğalçıları üçün gözlənilməz oldusa da, bizim üçün bu qələbə gözlənilən idi. Cənab prezidentin illərdir orduya ayırdığı qayğı və diqqət öz bəhrəsini verdi. Bu gün isə bu torpaqlara yenidən qayıdış planları hazırlanır.
 
Bir neçə gün öncə, 2021-ci il fevralın 26-da cənab prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında hamımıza, eləcə də bizi izləyən dünya ölkələrinə bu barədə məlumat verildi. Cənab prezident işğaldan azad olunmuş torpaqlara yolların çəkilməsi, infrastrukturun yenidən bərpa olunması yolunda addımların artıq başlandığını qeyd etdi.  İnşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu çəkildiyini bildirdi. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən Aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlarını qeyd etdi. Eyni zamanda, bu bərpa işlərinə bütün vətədaşlar və maraq göstərən ölkələr cəlb oluna bilər.



Prezident qeyd etdi ki, dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlısifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadrat kilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət qədər işin olduğu vurğulandı. Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacağı da cənab prezident tərəfindən vurğulandı. Bildiyimiz kimi, irimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqlarının tikilməsinin nəzərdə tutulduğu da prezident tərəfindən qeyd olundu. 
Cənab prezident çıxışında çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olunacağınıda qeyd etdi. Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edildiyi açıqlandı. Mətbuat konfransında prezident Qarabağın böyük kənd təsərrüfatı potensialı olduğunu dilə gətirdi. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkildiyi açıqladı.

Cənab prezident konfransda Qarabağ alternativ enerji mənbəyinə çevriləcək – deyə boşuna məlumat verməmişdi. Hələ müharibədən əvvəl Azərbaycan bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb; Qarabağ “yaşıl enerji” zonasıdır. Məhz azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.


      
Konfransda cənab prezident Qarabağın regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəyi barədə məlumat vermişdir.İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq. Füzulidə aeroportun tikilməsi artıq başlanıb. Ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb. Aeroportun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq. Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər.

Cənab prezident həm də əlavə etdi ki, Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş müraciət olunacaq. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlaravəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.


X X X

Salyan şəhər sakini, ziyalı Babayev Əliqulu Süleyman oğlu



Azərbaycan Republikasının  prezidenti Ali Baş komandan İlham Əliyevin 26 fevral  2021-ci il müsahibəsini dinləyərkən:

Bildiyimiz kimi, 2021-ci il fevralın 26-da Azərbaycan Respublikasının prezidenti  cənab İlham Əliyev yerli və xarici jurnalistlər üçün mətbuat konfransı  keçirmişdir.                                   


Media nümayəndələrinə müraciət edən ölkə başçısı ilk olaraq 26 fevral günü Xocalı soyqırımının 29-cu ildönümü olduğunu söyləyərək bu, soyqırımın XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu, soyqırım nəticəsində 613 mülki şəxsin erməni hərbi cinayətkarları tərəfindən  qətlə yetirildiyini bildirmişdir. Cənab İlham Əliyev çıxışına davam edərək qeyd etmişdir ki, Xocalı soyqırımını törədən erməni hərbi cinayətkarlarının bir çoxu 2-ci Qarabağ döyüşlərində Azərbaycan ordusu tərəfindən məhv edilərək öz layiqli cəzalarını almışlar. Daha sonra İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə olan və çəkilişlər aparan yerli və xarici jurnalistlərə öz təşəkkürünü bildirmişdir. Daha sonra jurnalistlər Prezident İlham Əliyevə suallar ünvanlayıblar. Müxtəlif səpkidən olan sualları cavablandıran Prezident İlham Əliyev xüsusilə 44 günlük Vətən müharibəsi və ondan əvvəl baş verən siyasi hadisələr , o, cümlədən 10 noyabrda Azərbaycan – Rusiya – Ermənistan arasında bağlanmış üçtərəfli sazişin mahiyyəti, saziş imzalandıqdan sonra bəzi erməni terrorçularının Dağlıq Qarabağ ərazisindən terrorçuluq fəaliyyəti barədə məlumat vermişdir. Sualları cavablandıran ölkə başçısı əsas diqqətin işğaldan azad olunmuş ərazilərdə aparılan infrastruktur layihələri yönəldiyini, həmin ərazilərin  yenidən bərpası üçün xarici şirkətlərin ölkə dəvət olunduğu və burda onların fəaliyyəti üçün bütün növ imkanların olduğunu qeyd etmişdir. Mətbuat konfransı bir çox özəlliyi ilə yadda qalmışdır. İlk öncə vurğulamaq lazımdır ki, mətbuat konfransı  4 saatdan artıq davam etmiş, konfransda 35 media qurumunun 50-dən artıq jurnalisti iştirak etmişdir. B. Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında qeyd etmişdir ki, 25 illik jurnalistika  fəaliyyətində hər hansı  prezidentin  dörd dildə,  Azərbaycan türk, ingilis  və rus dilində mətbuat konfransı keçirməsinin şahidi olmayıb. Bu konteksdən yanaşaraq prezident İlhah Əliyevin rekorda imza atdığını qeyd etmişdir.

X X X

Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru Faiq Çobanov 



Möhtərəm  Prezident  İlham Əliyevin  düşünülmüş uğurlu  siyasi  mövqeyi  artıq bütün dünya  siyasətçilərinin diqqətini  cəlb etmiş, onlar üçün bir örnək mənbəyi olmuşdur . Cənab İlham  Əliyevin gələcək  perspektivləri  onu göstərir ki , o təkcə Azərbaycanda  yox bütövlükdə  regionda  lider dövlət  başçısıdır. Cənab  İlham Əliyevin  yerli və xarici  jurnalistlərlə  4 saat, 4 dildə  davam edən  mətbuat konfransı  nəinki Azərbaycanda hətta dünyada diqqət mərkəzində idi. Bu qədər uzun  bir müddətdə  səlis şəkildə sualların  cavablandırılması  prezidentimizin  yüksək vətənpərvərliyindən , ölkəsinə  və xalqına  olan məhəbbətindən  irəli gəlirdi. Məhz  26  Fevral  Xocali faciəsinin  29 –cu ildönümü  günü cənab prezidentin mətbuat  konfransı  keçirməsi təsadüfü  deyildi.  Bununla Prezident  dünyaya mesaj ötürür, bütün fikirləri  növbəti dəfə Ermənistanın  Azərbaycana qarşı soyqrımı  siyasətinə  yönəldirdi. 

Mətbuat konfransı   işğaldan azad edilmiş  ərazilərimizdə ermənilərin  törətdikləri  vəhşiliklərin  xarici  media vasitəsilə dünya  ictimaiyyətinə  çatdırılması  baxımından  da çox önəmli idi. Dövlətimizin  başçısı  Azərbaycanın  azad edilmiş torpaqlarında  ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verdi , erməni  vandalizminin  iç üzünü bir daha açdı. Bundan başqa Prezident azad edilmiş ərazilərdə  görülən bərpa- quruculuq işləri barədə  ətraflı məlumat verdi. Eyni zamanda  müharibədən sonrakı proseslərin təkcə Azərbaycanın  inkişafı üçün deyil , bütövlükdə  Qafqaz  regionunun  inkişafında təkan  olacağını  bildirdi. Füzulidə tikilən aeroport məsələsinə toxunun İlham Əliyev  aeroportun  beynəlxalq hava limanı  olacağı barədə  məlumat vermiş , aeroport ilə yanaşı Şuşa  şəhərinə iki avtomobil  yolunun  tikilməsi, həmin yollardan  birinin adının "Qələbə  yolu" adlandırılması  haqqında da məlumat  bildirmişdir.  Cənab İlham Əliyev  nisbətən Aran ərazisindən  keçən digər yolda da  aeroportdan  birbaşa gediş- gəliş olacağı , həmçinin xaricdə yaşayan soydaşlarımızın  və xarici  ölkə vətəndaşlarının Qarabağa gəlmək imkanı  qazanacaqlarını  da diqqətə  çatdırmışdır. Eyni zamanda  Prezident  aeroportun təkcə Füzulidə  deyil, Laçın və Zəngilanda da  tikilməsinin  planlaşdırılması  barədə fikirlərini jurnalistlərə çatdırmışdır. Cənab Prezident  azad edilmiş  torpaqlarda  böyük iqtisadi  layihələrin  icra olunacağı barədə  danışarkən  vurğulamışdır ki, infrastruaktur yaradılmalı , binalar inşa edilməlidir, o cümlədən  məktəblər , xəstəxanalar  tikilməlidir. Bunun üçün  isə  qüvvələr səfərbər  edilməlidir. Prezident  minlərlə  kilometr avtomobil  yollarının  çəkiləcəyi, elektrik enerjisi  ilə bağlı layihələrin bu ilin sonuna qədər icra ediləcəyi barədə, eyni  zamanda içməli  su, kənd təsərrüfatı və inşaat işləri barədə də  jurnalistlərə məlumat vermişdir. 
 
Biz  əminik  ki, İlham Əliyev  cənablarının  apardığı bu siyasət  işğaldan azad olunmuş  ərazilərin  bərpası, yenidən qurulacaq  şəhərlərin, rayonların  sülh və əminamanlıq, eləcə də əməkdaşlıq şəraitində  inkişafı  təkcə bizim  regionumuz üçün yox, dünya ölkələri üçün bir örnək olacaq. Qarabağ yenidən  cənnət - məkan,  dilbər  guşəmiz  kimi nəinki  ölkə vətəndaşlarını, həmçinin  xarici dövlətləri heyran qoyacaq. Ali  Baş Komandamız  sayəsində inanırıq ki, bu tarixi  qayıdışımız əbədi olacaq.

X X  X

Kürçaylı Məmmədov, Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri



“Qarabağda böyük iqtisadi layihələr icra olunacaq”

Mən hərbi xidmətimi Ağdamın Yusifcanlı və Mərzili kəndlərində keçirmişəm. Bu sarıdan başqa ərazilərimiz kimi Ağdam mənə çox doğmadır. Ağdam rayonunun müxtəlif xarici mənbələrdə “ruhlar şəhəri” kimi qeyd olunması əbəs deyildi. Təkcə bu rayonun foto və videogörüntülərinə yox, həm də Google Mapdan ərazilərinə baxsaq “ruhlar şəhəri” ifadəsinin nə qədər real olduğunun fərqinə varmış oluruq. İndi Kəlbəcər, Laçın, Füzuli, Zəngilan və başqa yurd yerlərimiz kimi Ağdam da bizimdir. Düşmənin başını əzən “Dəmir Yumruq” qədim və əzəli Azərbaycan torpağı olan Qarabağı bizə qaytardı. Əlbəttə, Ali Baş Komandan, cənab İlham Əliyevin cəsarəti, müzəffər ordumuzun rəşadəti sayəsində. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə keçirilən dörd saatlıq görüşündə də məhz bu mövzuların qabarıq şəkildə aydınlaşması əbəs deyildi. Bu, 10 milyonluq qədim bir xalqın zəfər gücünün dünyaya tanıdılması idi. 

Fevral ayının 26-da Möhtərəm Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında çıxışında bildirdiyi kimi “Qarabağda böyük iqtisadi layihələr icra olunacaq” cümləsi əslində həm də xalqının 30 ildir gözlədiyi, həyata keçirmək istədiyi arzularından təkcə biridir. Təbii ki, bu böyük bir zaman tələb edir və cənab prezidentin dediyi kimi Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Zaman keçəcək, dağıdılmış Ağdam, Laçın, Zəngilan kimi şəhər və kəndlərimiz yenidən qurulacaq, çiçəkləyəcək. Bu yaz Şuşada xarıbülbül fərqli açacaq. Azad Şuşamızda bülbüllər azad nəğməsini oxuyacaq. Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə müasir infrastrukturların inşası həm də xarici investorları Azərbaycana cəlb edir. Bu, təsadüfi deyil. Çünki Azərbaycanda mültikultural muhit hökm sürür. Burada əsrlərdir onlarla xalqın nümayəndəsi mehriban şəraitdə yaşayır, çalışır. Bir sözlə, Azərbaycan multikultural siyasətini dövlət siyasəti hesab edən nadir dövlətlərdəndir. Məsələn, Füzuli bir əyalət şəhəridir. Əyalət şəhərində beynəlxalq hava limanının tikilməsi prosesi multikulturalizm siyasətinin tərəflərindən biridir. Təsadüfi deyil ki, bu hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq. Şuşa isə mədəniyyət paytaxtımızdır. Dünyanın mədəniyyət paytaxtımıza açılan qapısı məhz Füzuli Beynəlxalq Hava Limanından başlayır. Bu, böyük siyasətçinin böyük siyasətinin, məqsədinin nəticəsidir. Cənab prezident İlham Əliyevin məhz bu təşəbbüsü sayəsində mədəniyyət günəşi doğma Azərbaycanımızın Şuşasından dünyaya işıq saçacaq. 

X X  X

Leyla Ələkbərli, Salyan rayon sakini



Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xocalı soyqırımının il dönümündə şəhidlərimizi həm zəfər qüruru, həm də kədər hüznü ilə yad etdi. Bir çox ölkədən 50 – yə yaxın jurnalistin qatıldığı mətbuat konfransında Prezident İlham Əliyev sualları 4 saatdan artıq müddətdə və 4 müxtəlif dildə cavablandırdı. Dağlıq Qarabağ savaşı, Ermənistandakı  vəziyyət, digər ölkələrlə münasibətlərə dair açıqlamalar verildi. Cənab Prezident  Ermənistanda yaranmış vəziyyətə baxmayaraq 10 noyabrda imzalanmış bəyanatın bütün bəndlərinin icra ediləcəyini, əks təqdirdə Ermənistanın daha da ağır vəziyyətə düşəcəyini, Ermənistan qarşısında seçim olmadığını qeyd etdi. Onların yeni reallıqlarla barışmalı və hesablaşmalı olduğunu bildirdi. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni obyektlərin təməlini qoyulacağını bildirməsi beynəlxalq aləmə ciddi mesaj kimi qəbul edilir. Bu ərazilərə səfəri zamanı verdiyi bəyanatların iqtisadi – siyasi və hərbi əhəmiyyəti günü bu günə qədər şərh olunur. Prezidentimiz bununla bütün dünyaya bəyan edir ki, bu torpaqlar əzəli və əbədi olaraq bizimdir, ona görə də düşməndən fərqli olaraq onu dağıdaraq viran qoymuruq,əksinə, yenidən qururuq və cənnətə çevirəcəyik. İnsan heç vaxt özünə məxsus olanı dağıtmaz, deməli, bu ərazilər ermənilərə deyil, bizə məxsusdur.  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyi son 17 ildə iqtisadiyyatına 3 dəfədən çox böyütməsi, regional neft – qaz və nəqliyyat – logistika layihələrinin gerçəkləşdirilməsi ilə sübut olunmuşdur. İşğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücunu artıracaq. Xüsusəndə Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirir. Cənab Prezident çıxışında bildirdi ki, Ermənistan Azərbaycanla resurs müharibəsinə və silahlanma yarışına hazır deyil. Bu, Ermənistanı taqətdən salır və tükəndirir. Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. 

X X X

Nübar Bayramova,  Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün geniş miqyaslı mətbuat  konfransı keçirdi.
 
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün  keçirdiyi 4 saatdan  çox davam edən  mətbuat konfransında 35 media qurumunun 50- dək sualını cavablandırıb. Prezident İlham Əliyev jurnalislərin dörd dildə - Azərbaycan, Türk, ingilis və rus  dillərində suallarını cavablandırıb. Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında  deyib ki,  25 ildir  jurnalistika  ilə məşğuldur,  amma  hər hansı prizdentin  dörd dildə bu cür mətbuat  konfransı keçirməsinin  şahidi  olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirib. Bütün dünya bir daha Prezidentimizin savadlı və güclü siyasətçi olduğuna şahid oldu. Tarixə “Dəmir yumruq” əməliyyatı adı ilə düşən 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. Ermənistan silahlı birləşmələrinin törətdikləri növbəti təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları qısa zaman ərzində gücümüzü nəinki düşmənə, bütün dünyaya göstərdi. Rəşadətli Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad etdi. İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır. Azərbaycan güclü dövlətdir və bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək.

İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə strukturunun yaradılması onu deməyə əsas verir ki, bərpa prosesi çevik və təxirə salınmadan həyata keçiriləcək. Yeni idarəetmə modelinin tətbiqinə ilk olaraq Şuşada başlanıldı və Prezident İlham Əliyev Şuşa şəhərinə xüsusi nümayəndə təyin etdi. Yüksək və müasir standartlarla həyata keçiriləcək bərpa-quruculuq işləri nəticəsində Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Şuşanı dirçəldəcəyik.

Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Öz doğma yurdlarından məcburi çıxarılmış vətəndaşlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Azərbaycan Respublikası Prezidentimiz Ilham Əliyevin güclü və uzaqgörən siyasəti nəticəsində regionun ən inkişaf etmiş dövlətinə çevriləcək.

X X X

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəbnəm Kərimli 



Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq!

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbir 4 saatdan çox davam etdi. Azərbaycan Prezidenti mətbuat konfransında natiqlik məharətini nümayiş etdirərək bütün suallara səlis, əsaslı arqumentlərlə, məntiqli cavablar verdi, güclü liderlərə, böyük dövlət xadimlərinə xas peşəkar xüsusiyyətləri ilə xarici media nümayəndələrini bir daha heyrətləndirdi.  Konfrans zamanı cənab Prezident bildirib ki, Azərbaycan üçün ilk və ən vacib mərhələ 30 il əvvəl doğma yurdlarından qovulmuş vətəndaşların - məcburi köçkünlərin azad edilmiş torpaqlara geri qaytarılmasıdır.  “Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar da. Noyabrın 10-da imzalanmış Bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar”, - deyə dövlət başçısı qeyd edib.  Bu konfrans beynəlxalq informasiya məkanında yeni bir qələbə idi . Bu konfrans beynəlxalq aləmdə Azərbaycana artan maraq dairəsinin genişliyindən xəbər verirdi.   Nəhayət  torpaqlarımızı azad etmək üçün böyük bir addım atıldı . Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olundu. Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik, Hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin durduğu, bu qalibiyyətin nələrin hesabına başa gəlməsinin hər kəs fərqində idi.Hal hazırda Böyük qələbədən sonra  Dağlıq Qarabağın dirçəldilməsi mövzusu aktuallaşıb .Bu gün demək olar ki, dünyanın hər yerindən ölkəmizə maraqlar tuşlanıb. 35 ölkəni təmsil edən jurnalistlərin dövlət başçımıza ünvanladığı 50-dən çox sualın əksəriyyəti məhz regiondakı bugünkü reallıqlar barədə idi.

Konfrans zamanı jurnalistlər, azərbaycanlıların ermənilərin törətdikləri vəhşiliklərdən sonra onlarla birlikdə yaşayıb-yaşamayacaqları ilə də maraqlanıblar.  Cənab Prezidentin bu suala verdiyi cavab bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı sadəcə öz haqq savaşını aparırdı.

Azərbaycanın Dövlət-Ordu-Xalq Birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst elədi. Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı. Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. 

Yaşasın Azərbaycan! 

Yaşasın Azərbaycan xalqının Fatehi cənab İlham Əliyev!

Qarabağ Azərbaycandır!
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya