Главная > Dünya > Taliban Rusiyaya söz verdi: qonşu ölkələrə hücum edilməyəcək
Taliban Rusiyaya söz verdi: qonşu ölkələrə hücum edilməyəcək9-07-2021, 09:00. Разместил: admin |
“Taliban” radikal hərəkatının nümayəndə heyəti Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in Asiyada ikinci departamentinin direktoru Zamir Kabulovla görüşüb. “RİA Novosti” xəbər verir ki, bu barədə “Taliban” hərəkatının siyasi idarəsinin açıqlamasında qeyd olunub. “İclasda İslam Əmirliyinin (“Taliban”ın öz idarəetməsinə verdiyi ad - Red.) nümayəndə heyəti öz mövqeyini bir daha təkrarlayıb ki, əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq”, - açıqlamada belə deyilir. Hərəkat nümayəndələri Əfqanıstanda davamlı sülhün əldə olunmasında maraqlı olduqlarını da bildiriblər. Bundan başqa, qeyd edilib ki, qonşu ölkələrlə sərhəd-keçid məntəqələri adi qaydada fəaliyyətini davam etdirəcək. Вернуться назад |