Bayden itib
- 8-08-2024, 09:24
- Dünya
- 0
- 45
ABŞ prezidenti Cozef Bayden Yaxın Şərqdə İran və İsrail arasında vəziyyətin gərginləşməsi təhlükəsinə baxmayaraq, ictimaiyyət qarşısında heç bir çıxış planlaşdırmır.
“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Belə ki, ABŞ dövlət başçısı sonuncu dəfə avqustun 5-də Ağ Evin yaxınlığında görünüb, o, jurnalistlərin yanından keçərək onların suallarına məhəl qoymayıb.
“Vitse-prezident Kamala Harrisin birinci yeri tutmasına imkan verdikdən sonra ictimaiyyət qarşısında çıxış etməmək prezident üçün yeni normaya çevrilib. Bu, İranın İsrailə mümkün hücumunu gözlədiyi bir vaxta təsadüf edir”, - məqalədə deyilir.
Nəşr bildirib ki, Ağ Ev jurnalistlərin “niyə bu anda prezidentin Yaxın Şərqdəki vəziyyətlə bağlı birbaşa müraciəti olmadığına dair” suallara konkret cavab vermir, bu mövzunun Bayden üçün prioritet olduğu deyilir və bir neçə yazılı məlumat paylaşılır.
Eyni zamanda Amerika rəsmiləri, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken əmin edirlər ki, Vaşinqton regionda eskalasiya risklərini azaltmağa çalışır və həm İsrailə, həm də İrana siqnallar göndərir.