Putin hədələdi, Makron dərhal geri çəkildi
- 5-03-2024, 11:14
- Dünya
- 0
- 56
Ukraynaya qoşun göndərəcəyinə işarə edən Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin nüvə təhdidindən sonra geri addım atıb.
Xarici KİV xəbər verir ki, Makron yeni bəyanatında Fransanın Ukraynaya hərbi personal göndərməyi düşünmədiyini bildirib.
"Bu, yaxın vaxtlarda Ukraynaya fransız qoşunlarının göndərməyi düşündüyümüz mənasına gəlmir, amma bu o deməkdir ki, biz müzakirəyə başlamışıq və Ukrayna torpaqlarında Ukraynanı dəstəkləmək üçün edilə biləcək hər şeyi nəzərdən keçiririk”.
Qeyd edək ki, Makronun sözügedən eyhamından sonra Putin NATO ölkələri Ukraynaya qoşun yeridərsə, nüvə silahından istifadə edəcəyini açıqlayıb. Həmçinin bu açıqlamadan 24 saat keçməmiş Rusiya nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketini sınaqdan keçirib.
Xatırladaq ki, fevralın 26-da Makron Ukraynaya qoşun yeritməkdə Qərb ölkələri arasında konsensus olmadığını deyib. O, həmçinin Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəklərini söyləyib.