» ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Şər və Böhtan yazanlara tutarlı cavab - Nizami Əhmədov

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Şər və Böhtan yazanlara tutarlı cavab - Nizami Əhmədov

  • 25-07-2024, 17:41
  • ---
  • 0
  • 30


Yel qayadan nə aparar? İt hürər karvan keçər. Bəzi internet saytlarında Nizami Əhmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir - CAVAB!

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar"

Burda bazar açıblar, valideynlər də təsdiqləyir, amma... - NƏ OLSUN Kİ... bu başlıqlı məlumatlar tamamilə əsassızdır.

Son günlər bəzi internet saytlarında Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nizami Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nizami Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Nizami Əhmədov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Vətənpərvər ziyalımız Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur.  Nizami Əhmədovda məhz bu amalda olan insanlardandır. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya