Mayası vətənpərvərliklə, halallıqla yoğrulan gözəl insan - Səkinə Sadıqova
- 6-04-2023, 00:12
- Səhiyyə
- 0
- 1 611
ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz.
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova adının olması kimsəyə sirr deyil.
Səkinə Sadıqovanın hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Səkinə Sadıqovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Səkinə Sadıqova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqovanı biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Son günlər bəzi internet saytlarında Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın tender biznesi…, Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova necə 8 min manat maaş alır..?" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.