» Vaqif Əliyev: Hədəflərə nail olundu

Vaqif Əliyev: Hədəflərə nail olundu

  • 14-09-2022, 15:44
  • ---
  • 0
  • 212
ADPU: Həmkarlarının Vaqif Əliyev problemi


UNİCEF-in beynəlxalq experti Alexandra Kortazar və təhsil üzrə mütəxəssisi Leyla Həsənova ADPU-nu ziyarət edib.



ADPU-nun Tədris İşləri Üzrə prorektoru Eldar Aslanov və Beynəlxalq Əlaqlər Şöbəsinin müdiri Günay Məhərrəmova ilə UNİCEF-in beynəlxalq experti Alexandra Kortazar və təhsil üzrə mütəxəssisi Leyla Həsənova arasında görüş keçirilib.
Görüşün ikinci hissəsində Məktəbəqədər Təhsil Fakültəsinin dekanı dos. Nailə Hüseynova, p.e.d. Şərafət Baxışova, p.f.d. Vüsalə Əliyeva, p.f.d. Nigar İsmayılova, müəllim Şəkər Orucəliyeva və Tədris Mərkəzinin şöbə müdiri p.f.d. Xalidə Həmidova tədbirə qatılaraq, Azərbaycan təhsil sistemində məktəbəqədər hazırlıq proqramı və  kurrikulumu mövzusunda qonaqlarla birgə müzakirələr apardılar.
Görüşdə həmçinin pedaqoji proqramların hazırlanmasında istifadə olunan metodikalar, ənənəvi metodikalara müasir metodikaların inteqrasiyasının vacibliyi , kadrların hazırlanması istiqamətində intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, daim dəyişən və yeniləşən şəraitə uyğunlaşması kimi mövzulardan bəhs olundu. Daha sonra iştirakçılar məktəbədər təhsil proqramının və məktəbəqədər təhsil müəllimləri üçün keçirilən təlimlərin keyfiyyəti, təlimlərin zəif və güclü tərəfləri barədə müzakirələr apardılar.



ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz.

Son günlər bəzi internet saytlarında Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.  ADPU: Həmkarlarının Vaqif Əliyev problemi başlıqlı yazı yzaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyevin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı. 

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbərdir. Bu şəxs kimidir?

Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vaqif Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sonnoqte.az-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.



Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev - “Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini, eyni zamanda, beynəlxalq hüquq normalarını kobud şəkildə  pozaraq   Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. İşğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha  dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında, müraciətlərində bu  bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr  dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Yada salaq ki, bu il avqustun 3-də  Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud şəkildə  pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər.  Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə malik olduğu hərbi gücünü düşmənə yenidən göstərməklə yanaşı,  dəmir yumruğun yerində olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusundan aldığı dərsi unutmağa çalışmasına baxmayaraq Silahlı Qüvvələrimiz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha  verilən dərsi onlara xatırladır.”

İstənilən təxribat Ermənistana baha başa gələcək: “Onların növbəti hərbi təxribatlarının da qarşısı qətiyyətlə alındı.  Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz  ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat  miqyasına görə kiçikdir, lokal xarakter daşıyır və hədəflərə nail olundu.”


Ermənistan tərəfi yenə də xislətinə uyğun olaraq   Azərbaycanı üçtərəfli Bəyanatın tələblərini pozmaqda ittiham etsə də  artıq reallıq dünyanın gözü qarşısındadır:  “Tarixi Zəfərimizdən sonra Ermənistanın törətdiyi  hər bir təxribatın kökündə sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaq dayanır. Azərbaycan dövləti  tarixi Qələbəmizin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürsə də bu bəyanatı daim gündəmdə saxlayır ki, təklif uzun müddət masa üzərində qala bilməz. Bu bəyanat Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Azərbaycan qalib tərəfdir. Torpaqlarımız öz tarixi sahibindədir. İşğaldan azad edilmiş ərazilərimizdə iki ilə yaxın dövrdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün infrastruktur yenilənir, təkmilləşdirilir. Bu torpaqlarda  dünya standartlarına  cavab verən üç  Beynəlxalq Hava Limanının  tikilib istifadəyə verilməsi nəzərdə tutulur.  Artıq Azərbaycan Qarabağın dünyaya hava qapısını açıb. Yaxın günlərdə bu mühüm addım  Şərqi Zəngəzurdan atılacaq.  Bu, Azərbaycanın bu ərazilərimizdə bütün işləri   beynəlxalq səviyyədə həyata keçirdiyini, təhlükəsizliyi təmin etmək üçün zəruri addımları atdığını göstərir. Ermənistanda baş qaldıran revanşist qüvvələr daim  Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında  aciz olduqlarını nümayiş etdirirlər.  Azərbaycan Ordusu növbəti  təxribatların qarşısını alaraq və düşmənə layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, dəmir yumruq yerindədir.”


Dünya son təxribat zamanı Ermənistan silahlı qüvvələrinin  diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyinin şahidi oldu: “30 il ərzində erməni təxribatlarına göz yuman dünyanın bəzi güclərinin artıq gözlərini açması, qulaqlarının  isə yaxşı eşitməsi zamanıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan,  10 noyabr 2020-ci il Bəyanatının müddəalarının icrasına məhəl qoymayan Ermənistana qarşı  beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var. Əks təqdirdə  44 günlük Vətən müharibəsində aldığı dərs növbəti dəfə işğalçı dövlətə  xatırladılacaq.  Bu gün Azərbaycan qalib ölkə olaraq  üzərinə düşən  bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Dövlət başçısı İlham Əliyev bəyan edir ki,   əgər biz 10 noyabr Bəyanatının  bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik.”


Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


“Təxribata verilən cavab nəticəsində Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Şəhidlərimizin qisası artıqlaması ilə alınıb”. Ermənistan hərbi avantüralarının, təxribatlarının nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Çünki cavab kəskin olacaq və düşmən daha böyük itkilərə məruz qalacaq: “44 günlük Vətən müharibəsinin  reallıqlarından biri  bu oldu ki, ermənilərin illərdir yaratdıqları “yenilməz ordu” mifi darmadağın edildi. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının  işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlar açıqlandı. İşğal altında olan torpaqlarımızda qurulan istehkamlar, istifadə edilən silahlar bütün məqamlara aydınlıq gətirdi.  Ermənistan kimi kasıb ölkənin  həmin silahları almaq üçün maddi imkanı yox dərəcəsindədir. Digər tərəfdən, işğalçı dövlət illərdir qurduğu həmin istehkamlarla sübut etdirdi ki, torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində deyil.  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə həm  bu torpaqların sahibi olduğumuzu, bir qarış ərazimizi belə düşmənə verməyəcəyimizi, həm də  bəzi  güclərin dəstəyi ilə  silahlanıb  təxribatlar törətməyin, yeni ərazilər uğrunda müharibə planları hazırlamağın  nəyə gətirib çıxardığını Ermənistana və ona dəstək olan dövlətlərə nümayiş etdirdik.”


Beynəlxalq təşkilatlar və süpergüclər tərəfindən  Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi yaşanmazdı: “Azərbaycan təkbaşına BMT qətnamələrini yerinə yetirdi, ədaləti bərpa etdi. Tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqları Ermənistan tərəfi  keçirilən görüşlərdə, ən əsası 10 noyabr  2020-ci il tarixli Bəyanatda qəbul etsə də  konkret addımların atılması zamanı gəldikdə hərbi təxribatlar törətməklə vaxtı uzatmaqda maraqlı olduğunu nümayiş etdirir.


Məlum olduğu kimi, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə  Brüsseldə  Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sayca 4-cü görüşü keçirildi. Azərbaycanın növbəti diplomatik qələbəsi olan həmin görüşdə  Ermənistana bir daha  sülh müqaviləsinin imzalanması ilə bağlı xəbərdarlıq edilərək son şans verildi. Ermənistan hakimiyyətinin bu şansdan  bəhrələnərək xalqının gələcəyi üçün  sülh müqaviləsini imzalamaq əvəzinə hərbi təxribatlara əl atılmasında maraqlı olması  bütün məqamlara aydınlıq gətirir.  İşğalçı dövlət bu mövqeyi ilə  artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpasında maraqlı olduğunu da nümayiş etdirir.  Bu istəyi şərtləndirən amillərin geniş təhlilinə ehtiyac yoxdur. 30 ilə yaxın dövrün reallıqları bu istəyin təqdimatıdır. Lakin dövlət başçısı İlham Əliyev bununla bağlı konkret mövqeyini ortaya qoyub. Çıxışlarında “Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var” söyləyən Prezident İlham Əliyev bildirir ki,  indi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Minsk qrupunun həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan bir tərəfdən Azərbaycanın irəli sürdüyü  beş prinsipi qəbul edir,  digər tərəfdən isə Minsk qrupunun fəaliyyətini bərpa etməyə cəhd göstərir. Artıq Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!”
 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya