» » Komitə sədri: “İlham Əliyev qədər ölkəni dünyada tanıdan ikinci şəxs yoxdur”

Komitə sədri: “İlham Əliyev qədər ölkəni dünyada tanıdan ikinci şəxs yoxdur”

  • 13-04-2021, 12:37
  • Sosial
  • 0
  • 212
Komitə sədri: “İlham Əliyev qədər ölkəni dünyada tanıdan ikinci şəxs yoxdur”


Dünən cənab prezident Hərbi Qənimətlər Parkının açılışı mərasiminə qatıldı. Bu park Azərbaycanın qələbəsinin növbəti sübutudur. Burada qazilərlə görüşdü, bir sıra mühüm fikirlər işlətdi. Hesab edirəm ki, cənab prezidentin nitqində işlətdiyi fikirlər olduqca əhəmiyyətə malikdir.
Bunu Milli Məclisdə çıxışı zamanı Musa Quliyev deyib.

O, əlavə edib ki, cənab prezident qələbənin əldə edilməsi haqqında danışarkən digər məqamlarla yanaşı üç amili xüsusilə qeyd etdi: “Bunlar güclü iqtisadiyyat, müasir yanaşma və vətən sevgisidir. Bu həqiqətən belədir. Cənab Pezident İlham Əliyev torpaqlarımızın zamanında itirilməsini xatırlatmaqla bizim düşmənlərimizə də dərs verdi: “Tör-töküntülər, düşmənlər bilməlidirlər ki, xalqın dəmir yumruğu onların başını əzəcək”.

Deputat əlavə edib ki, Azərbaycan xalqı İlham Əliyev kimi xarizmatik, müdrik və uzaqgörən lideri olmasına görə xoşbəxtdir: “İlham Əliyev də xoşbəxt liderdir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilib. İlham Əliyev qədər ölkəni dünyada tanıdan ikinci şəxs yoxdur”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya