» » Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?

Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?



İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü mərhələli şəkildə bərpa edir. İşğal olunmuş rayonların azad edilməsindən sonra, artıq növbəti mərhələdə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması gerçəkləşir. Digər 4 anklav kəndin də yaxın vaxtlarda Azərbaycanın yurisdiksiyasına qaytarılması gözlənilir.

Tarixi aspektdən baxsaq, vaxtilə Sovet Rusiyasının qərəzli siyasəti nəticəsində Ermənistana verilmiş Zəngəzur və Göyçə gölünün şərq hissəsində yerləşən ərazilər də Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olub. Bunu həmin dövrə aid bir sıra sənədlər və xəritələr də tam şəkildə sübut edir.

Bəs görəsən yaxın perspektivdə bu ərazilərin müzakirə mövzusu olması gözlənilirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarlı bildirib ki, əgər sərhədlərin təyini prosesində sovet dövrünə aid bütün xəritələr əsas götürülsə, bundan bəhs etmək olar:

“Buna aid bizim bəzi öhdəliklərimiz var. Biz Almatı deklorasiyasına qoşulmuşuq. Amma o demək olar ki, xırda, daha dəqiq desək, 1 səhifəlik sənəddir. Almatı deklorasiyasına baxsaq, sənəddə göstərilir ki, sərhədlər qarşılıqlı şəkildə müəyyən olunmalıdır və bu şəkildə ərazi bütövlüyü tanınmalıdır. Yəni müəyyən danışıqlar olmalıdır. Daha sonra danışıqlar nəticəsində sərhəd xətti müəyyən olunandan sonra suverenliyin qarşılıqlı şəkildə tanınması öhdəlik kimi sənəddə qeyd edilib. Biz hazırda sərhədlərin müəyyən olunması mərhələsindəyik. Mən belə başa düşürəm ki, burada sovet dövrü xəritələri əsas götürülür. Bizdə adminstrativ sərhədlər 1920-ci ildən 1991-ci ilə qədər müxtəlif növlərdə təyin olunub”.

Sabiq nazir Göyçə gölünün şərq hissəsi və Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasının gündəmə gətirilməsinin vacib olduğunu vurğulayıb:

“Ermənistan təklif edir ki, 1975-ci ilin xəritələri əsas götürülsün. Azərbaycan isə sərhədin müxtəlif hissələrinə aid, fərqli illərin adminstrativ sərhədlərin nəzərə alınmasını istəyir. Düşünürəm ki, Azərbaycan üçün trateji əhəmiyyəti olan 2 məsələ mövcuddur. Birincisi, Göyçə gölünün şərq sahillərinə vaxtı ilə biz sahib idik. Biz bu vəziyyəti bərpa etməliyik və danışıqlarda bu mövzunu qaldırmalıyıq. Çünki Göyçə gölü cənubi Qafqazda ən böyük şirin su rezervinə sahib su hövzəsi hesab olunur. Biz bu gölə sahibliyi qismən də olsa, təmin etməliyik. İkinci strateji məsələ isə Azərbaycanla Naxçıvan arasında bağlantı olmalıdır. Bu da bizim strateji məqsədlərimizdəndir. Çünki vaxtilə Zəngəzur sovet dövründə Ermənistana verilib. Bu mövzunu da biz mütləq şəkildə gündəmə gətirməliyik”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya