» » Bu şəxslər cərimələnəcək — VİDEO

Bu şəxslər cərimələnəcək — VİDEO

  • 2-04-2021, 11:43
  • Sosial
  • 0
  • 214
Bu şəxslər cərimələnəcək — VİDEO


Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək. Çünki bəzən fermerlər əkmədikləri sahələrə görə də, dövlətdən subsidiya almağa cəhd edir və ya alınan subsidiyanı təyinatı üzrə istifadə etmir. Bütün bunların qarşısını almaq üçün kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir. Yaxın vaxtlarda Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılacaq və məcəlləyə əlavənin qəbul edilməsi gözlənilir
 
Dövlətin kənd təsərrüfatı üçün verdiyi subsidiyaları təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək. Bununla bağlı inzibatı xətalar məcəlləsinin müvafiq maddəsinə əlavələr edilməsi nəzərdə tutulur. Millət vəkili Aqil Məmmədov deyir ki, bəzən fermer tərəfindən "elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilir. Nəticədə fermer əkmədiyi sahələrə görə də subsidiya almağa cəhd göstərir.
 
Əgər fermer sistemə bilərəkdən səhv məlumat daxil edərsə, bu zaman o  əldə etdiyi subsidiyanın 2 mislindən 4 mislinə qədərini cərimə ödəyəcək. Millət vəkili deyir ki, qanuna əlavənin edilməsinin məqsədi xoşagəlməz halların qarşısını almaq və kənd təsərrüfatı sahələrinin inkişafını stimullaşdırmaqdır.
 
Aqil Məmmədovun sözlərinə görə, əkin sahələrinə nəzarət günü-gündən gücləndirilir. Fermerlərin bilərəkdən yanlış məlumat daxil etmək şansları xüsusi texniki vasitələrlə minimuma endirilir.
 
Qanuna əlavə yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihənin birinci oxunuşda qəbul olunması gözlənilir.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya