» » Bakıda bu məktəbdə dərslər tamamilə dayandırıldı - VİDEO

Bakıda bu məktəbdə dərslər tamamilə dayandırıldı - VİDEO

Bakıda bu məktəbdə dərslər tamamilə dayandırıldı - VİDEO


Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 57 nömrəli tam orta məktəbdə dərslər tamamilə dayandırılıb.

Buna səbəb məktəbin qəzalı vəziyyətə düşməsi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbdə təhsil alan şagirdlər rayon ərazisində fəaliyyət göstərən digər təhsil ocaqlarında dərslərini davam etdirəcəklər.

Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəy verəndən sonra şagirdlərin digər məktəblərə köçürülməsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, sabahdan etibarən İdarənin tabeliyindəki 57 nömrəli tam orta məktəbin 1-4-cü sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, 5-11-ci sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

Məktəbdə tədrisin dayandırılması ilə bağlı qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının binanı qəzalı vəziyyətə salması səbəbindən verilib. Lakin məktəbdə təmir işlərinin nə vaxt başlanıb, yekunlaşacağı tarix isə bilinmir.

<embed width="640" height="360" src="https://player.olke.az?v=2848&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya