» » Niyazi Nəcəfov: 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olundu

Niyazi Nəcəfov: 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olundu



“Hər bir Azərbaycan vətəndaşı ölkəmizdə belə bir güclü həmkarlar ittifaqı təşkilatının olmasına görə ümummilli lider Heydər Əliyevə borcludur. Ulu Öndərin həmkarlar ittifaqı təşkilatlarına dəstək siyasəti hazırda Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir”. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil sahəsində oxuyan və işləyən ittifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olur. 

TİAHİ Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Niyazi Nəcəfovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi Nəcəfov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Azərbaycanın təhsil müəssisələrində “Bilik günü” qeyd olunur. Bu gözəl gün münasibəti ilə 102xeber.az rəhbərliyi və kollektivi adından TİAHİ Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfovu təbrik edirik.

Elm və təhsil naziri Emin Əmrullayevin 2023-2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrə əsasən tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlayacaq, 14 iyun 2024-cü il tarixdə başa çatacaq.

2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən isə dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Elm və Təhsil Nazirliyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin tikinti və təmir işləri ilə bağlı son vəziyyəti də açıqlayıb:
Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbdə son tamamlanma işləri aparılır.
Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı son tamamlanma işləri görülür.
Ağdam şəhəri 960 yerlik 1 nömrəli tam orta məktəbində tikinti işləri aparılır.
Cəbrayıl şəhəri 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə sponsor dəstəyi ilə tikinti işləri görülür.
Şuşa real məktəbində bərpa işlərinə hazırlıq gedir.
Zəngilan və Kəlbəcər şəhərlərindəki 960 yerlik tam orta məktəblərdə tikinti işlərinə hazırlıq gedir. Qubadlıda 600 yerlik tam orta məktəbdə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılacaq.
Ağdam şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında, Füzuli peşə liseyində tikintiyə hazırlıq gedir.
Ağdam şəhəri 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasında, Ağdam şəhəri 2 nömrəli 960 yerlik tam orta məktəbdə, Zəngilan şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında tikintinin layihələndirilməsinə hazırlıq gedir.

Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

Heydər Əliyev Fondu da Azərbaycanda təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məktəblərin tikilməsi, əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində layihələr həyata keçirir.

“Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradı
r. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya