Əməkdar müəllim, t.e.n., dosent Dilarə Məmmədəliyevanın kollecdə gördüyü işlər danılmazdır
- 24-07-2023, 10:54
- Təhsil
- 0
- 368
Bəzi internet saytlarında 2 nomreli Bakı Baza Tibb Kollecinin direktoru, Əməkdar müəllim, t.e.n., dosent Dilarə Məmmədəliyeva ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Dilarə Məmmədəliyeva haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 2 nomreli Bakı Baza Tibb Kollecinin direktoru, Əməkdar müəllim, t.e.n., dosent Dilarə Məmmədəliyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
2 nomreli Bakı Baza Tibb Kollecinin direktoru, Əməkdar müəllim, t.e.n., dosent Dilarə Məmmədəliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dilarə Məmmədəliyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dilarə Məmmədəliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 2 nomreli Bakı Baza Tibb Kollecinin direktoru, Əməkdar müəllim, t.e.n., dosent Dilarə Məmmədəliyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
2 nomreli Bakı Baza Tibb Kollecinin direktoru, Əməkdar müəllim, t.e.n., dosent Dilarə Məmmədəliyeva - “Dövlət başçısı İlham Əliyev iyulun 20-də Füzuli və Cəlilabad rayonlarına, Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfər etdi. Bu mühüm addım bir daha təsdiqlədi ki, işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrimizin sosial-iqtisadi inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Cənab İlham Əliyev 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış oldu, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi. Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinin ümumi mənzərəsində bərpa-quruculuq işlərinin müasir tələblər səviyyəsində sürətlə həyata keçirildiyi özünün aydın ifadəsini tapdı. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən bütün işlər ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Belə ki, diqqət yetirsək yol infrastrukturunun çox qısa zamanda yeniləndiyini, bərpa edildiyini görərik. Yeni avtomobil, dəmir yolunun çəkilişi, hava limanlarının tikintisi diqqətdən kənarda qala bilməz. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yol-nəqliyyat infrastruktunun bərpasına yönələn addımlarla yadda qalır. Füzuli rayonundan Qarabağın tacı Şuşaya çəkilən Zəfər yolu çox qısa zamanda istifadəyə verildi. Bu yol, eyni zamanda, böyük rəmzi məna daşıyır. Dünyaya səs salan və dastana çevrilən Şuşa əməliyyatına aparan bu yol şanlı Zəfərimizin təqdimatıdır. 2020-ci ildə cənab İlham Əliyev, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Dövlət başçısının səfəri çərçivəsində tikinti işləri ilə tanışlıq zamanı məlumat verildi ki, yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir.”
Ümumiyyətlə, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir: “Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Ümumilikdə hər bir bölgənin inkişafında yol-nəqliyyat infrastrukturu mühüm rol oynayır. Qısa zamanda işğaldan azad edilmiş Füzulidə və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının tikintisinin davam etdirilməsi də deyilənlərə bariz nümunədir. Bu hava limanlarına beynəlxalq statusun verilməsi özündə bütün məqamları ehtiva edir. Füzuli Beynəlxalq Hava limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” adlandırdı. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanı Qarabağın və digər bölgələrimizin dünya ilə əlaqələrinin daha da genişləndirəcək. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının inşası bu bölgələrin iqtisadi inkişafının təmin edilməsində, turizm imkanlarından səmərəli istifadədə sözünü deyəcək ki, bu da öz növbəsində ölkəmizin davamlı iqtisadi inkişafına böyük töhfə olacaq.”
İrəli sürülən təşəbbüslərin reallığa çevrilməsində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.
Əlverişli biznes mühitinin yaradılması ilə bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlığı möhkəmləndirilir: “Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına diqqət yetirmək kifayətdir. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir.”
Dövlət başçısı İlham Əliyev bu günlərdə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha belə bir reallığı diqqətə çatdırdı ki, qazanılan uğurlar düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır.