» » Azərbaycanda qadınların pensiyaya çıxma yaşı yüksəldilir

Azərbaycanda qadınların pensiyaya çıxma yaşı yüksəldilir

  • 7-06-2021, 14:01
  • Sosial
  • 0
  • 353
Azərbaycanda qadınların pensiyaya çıxma yaşı yüksəldilir


2021-ci ilin iyulun 1-dən sonra qadınlar 62,5 yaşında pensiyaya çıxa biləcək. 

İyulun 1-nə qədər qadınlar 62 yaşında pensiya çıxmaq hüququna sahib idi. 

"Qadınların pensiyaya çıxma yaşının artırılması "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilən dəyişikliklə bağlıdır. Qanuna əsasən, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dən yaşa görə pensiya çıxacaq qadınların yaş həddi hər il 6 ay artırılır. Ardıcıllığa uyğun olaraq qadınlar 2021-ci ilin iyulun 1-dən 2022-ci ilin iyunun 30-na kimi 62,5 yaşda pensiya çıxacaqlar. 

Hazırda pensiyaçıların 57 faizindən çoxu, yaşa görə pensiya alanların isə 63 faizi qadınlardır. 
Qeyd edək ki, indi kişilər 65 yaşında pensiyaya çıxır. Yaşa görə pensiyaya çıxa bilmək üçün pensiya kapitalı minimum 28 800 manat olmalıdır və ya rəsmi iş stajı 25 ildən az olmamalıdır. İki şərtdən biri ödənmədikdə kişilər 65 yaşa, qadınlar isə 62,5 yaşa çatdıqda yaşa görə pensiya yox, müavinət alırlar. Hazırda müavinətin məbləği 130 manatdır.  /sfera.az
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya