» » Şəhid ailələrinə verilən sığorta ödənişlərinin həcmi məlum oldu

Şəhid ailələrinə verilən sığorta ödənişlərinin həcmi məlum oldu

  • 15-03-2021, 12:27
  • Sosial
  • 0
  • 269
Şəhid ailələrinə verilən sığorta ödənişlərinin həcmi məlum oldu


Vətən müharibəsi başlayandan 2020-ci ilin sonunadək 6 110 şəxsə 22,3 milyon manat sığorta ödənişi verilib.
"Ölkə.Az"ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, onlardan 1 347 nəfər şəhidin vərəsələri (təxmini ödəniş həcmi 14 milyon 817 min manat), 4 763 nəfər xəsarət alanlardır.

Qanuna müvafiq olaraq şəhid olmuş hərbçilərin vərəsələrinə 11 min manat, I qrup əlillərə 8 800 manat, II qrup əlillərə 6 600 manat, III qrup əlillərə 4 400 manat, ağır və yüngül xəsarət alanlara müvafiq olaraq 2 750 manat və 550 manat məbləğində sığorta ödənişi verilir.

Müvafiq sığorta ödənişlərinin operativliyinin təmin olunması məqsədilə Mərkəzi  Bankda işçi qrup yaradılıb. İşçi qrup hərbi qulluqçulara və onların vərəsələrinə Qanunla müəyyən edilmiş təsdiqedici sənədlərin sürətli qaydada təqdim olunması üçün müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya