Bu il sosial müavinət və prezident təqaüdü alanların sayı açıqlandı
- 18-11-2022, 10:40
- Sosial
- 1
- 297
2022-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 831 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Nazirlikdən verilən məlumata görə, onlardan 462 mini sosial müavinətlə, 369 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 36 faiz çox olmaqla 661 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 447 mln. manat ödənilib.
Bu ilin 10 ayında 189 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 2019-cu ildən keçən dövrdə müavinət və təqaüdlərin təyinatı da elektronlaşdırılıb və ötən dövrdə 409 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.