» » İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul etdi - YENİLƏNİB + FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

“Mən sizi salamlayıram, xoş gəlmisiniz Azərbaycana. Əminəm ki, sizin səfəriniz çox uğurlu olacaq. Şadam ki, siz böyük heyətlə Azərbaycana gəlmisiniz və əminəm ki, Bakıda keçirəcəyiniz görüşlər Koreya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edəcək.

Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf etmişdir. Yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir və siyasi əlaqələrimizin inkişafı üçün çox önəmli addımlar atılmışdır.

Eyni zamanda, Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər. Əlbəttə, əminəm ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq. Biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik. Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq.

Əlbəttə ki, parlamentlərarası əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var və siz bu gün Azərbaycan Milli Məclisində görüşlər keçirəcəksiniz. Əminəm ki, görüşlərin nəticələri çox müsbət olacaq və nəticə etibarilə əlaqələrimizin inkişafı istiqamətində növbəti uğurlu addım atılacaqdır. Bir daha xoş gəlmisiniz”.

Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq deyib:

“Cənab Prezident İlham Əliyev, çox sağ olun ki, dəyərli vaxtınızdan ayırdınız və bizi qəbul etdiniz. İlk növbədə, Koreya Respublikasının Prezidenti cənab Mun Ce-inin salamlarını Sizə çatdırmaq istəyirəm. Cənab Əliyev, mən çox yüksək qiymətləndirirəm ki, Sizin prezidentlik fəaliyyətiniz dövründə Azərbaycanda həm siyasi sabitlik hökm sürmüşdür, həm də Azərbaycan iqtisadi cəhətdən inkişaf etmişdir. Mən çox şadam ki, Sizi belə bir mühüm ildə ziyarət etdim. Çünki bu il sizin müstəqilliyinizin 30 ili tamam olur. Həmçinin növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Mən səkkiz il əvvəl Azərbaycana Milli Assambleyanın sədr müavini vəzifəsində gəlmişdim və Sizinlə görüşmüşdüm. Bu səkkiz il ərzində Bakı çox dəyişib, inkişaf edib. Canlı şahidiyəm ki, Bakını tanımaq olmur. Bakı çox inkişaf edib. Bizim əlaqələrimizin potensialı hazırkı inkişaf səviyyəsindən daha artıqdır”.

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya