» » Nəriman İmanov: Sumqayıt şəhər sakinləri problemlərinin həllində həmişə dəstək görürlər

Nəriman İmanov: Sumqayıt şəhər sakinləri problemlərinin həllində həmişə dəstək görürlər


Bütün sənət və peşələr gözəldir. Lakin bir peşə var ki , daha müstəsna , daha özünəməxsusdur. Dövlətimizin asayişini təmin edən , insanlarımızın təhlükəsizliyi keşiyində duran polis əməkdaşları!Yaşadığımız son zamanlar bu fədakar peşə sahiblərinin üzərinə düşən vəzifə və məsuliyyətlər olduqca artıb. Onlar əsl görünməz qəhrəmanlardır. Hər an ,  saatdan , zamandan asılı olmayaraq iş başındadırlar. Bu gün onların günüdür. 2 İyul Polis əməkdaşlarının peşə bayramıdır. Bayramınız mübarək ! Bu çətin və şərəfli işdə Ulu Tanrı yardımçınız olsun!

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanovdur.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Sumqayıt şəhərində kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Sumqayıt şəhər sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.
 

Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov "Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
 Müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 102 yaşı tamam olur.Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.  
Məlum olduğu kimi Azərbaycanın ilk daxili işlər naziri Həmid Sultanov olub. Azərbaycan polisinin fəaliyyəti taximizin xanlıqlar dövründə görünməyə başlayıb.Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən polismeyster idarələri;-Bakı Şəhər upravasının polisi;-Bakı xüsusi Vergi polisi;-xəfiyyə polisi;-Gəncə, Zəngəzur, Şuşa, Cavad və.s qəzaların polis idarələri.1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov təyin edilir.
Pristavları komissarlar əvəzləyir, polisin adı dəyişdirilərək milis adlandırılır. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə yaradılıb. Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub. 1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. 

"Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri ilə polisimizə ən böyük dəyərini verib. Doğrudan da müstəqil dövlətimiz qurulduğu andan etibarən Azərbaycan polisi dövlətini, dövlətçiliyini şərəflə qoruyur. Bu yolda o şəhid də verir, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxır və belə oğullarımızın sayı yüzlərlədir.

Sevindirici haldır ki, bu gün polis orqanlarının başında bu işin peşəkarı olan, vətənpərvər bir insan – Vilayət Eyvazov durur.

Bu gün general-polkovnikin 52 yaşı tamam olur.

HAŞİYƏ: Azərbaycanın 8-ci daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olub.

2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Ailəli və üç övlad atası olan nazir 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib. Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Prezidentin 2004-cü il sərəncamı ilə ona polis general-mayoru, 2006-cı il tarixli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib. Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Vilayət Eyvazovu doğum günündə heç bir şəkildə mədh etmək fikrində deyil və buna ehtiyac da görmür. Amma "insaf da dinin yarısıdır”, – deyirlər. Yəni bu gün məhz daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə ölkəmizdə ictimai asayişin təmin edilməsində, vətəndaşların təhlükəsizliyinin qorunmasında, xüsusən pandemiya dövründə xəstəliyə qarşı mübarizədə polisinin böyük fədakarlıq nümayiş etdirdiyi danılmaz faktdır. Ayrı-ayrı vaxtlarda polisimizə qarşı aparılan məqsədyönlü çirkin kampaniyalara baxmayaraq, bu sistemdə hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu getdikcə artır. Bu, bir faktdır ki, ölkəmizdə xaosun, dərəbəyliyin, kriminal ünsürlərin sayının artmasında maraqlı olan qüvvələr Azərbaycan polisinin güclü olmasını istəmir. Bu sistemdə baş verən kiçik bir neqativ halı o qədər şişirdirlər ki, bəzən polisimizə qarşı "yoğrulan kin xəmirinin hansı mayadan” olduğunu belə diqqətdən qaçırırsan. Amma Vətənini sevən hər kəs bilir ki, Azərbaycanda hər hansı təhlükə anında polis vətəndaşının yanındadır. Yəni təhlükə hiss etdiyi anda gözü polisini axtaran hər kəs əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü riskə atar. Bütün bunlara görə Azərbaycan polisi ilə qürur duymağa dəyər.

Hər zaman medianın yaxın dostu olan general-polkovnik cənab Vilayət Eyvazovu doğum günü münasibətilə təbrik edir, ona Azərbaycan dövlətçiliyinin inkişafında göstərdiyi xidmətlərində bundan sonra da uğurlar arzulayırıq".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya