Rüstəm Xəlilovun Hacıqabula gəlişindən sonra adıçəkilən rayon əsraəngiz gözəlliyilə həm yerli sakinləri, həm də qonaqları valeh etməyə başlayıb
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə xəritə bütövlüyünün bərpa ediləcəyi günün ərəfəsindədir. Xalqa sevgi, dövlətçiliyə sədaqət buna qadirdir. Ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir...
Bütün sənət və peşələr gözəldir. Lakin bir peşə var ki , daha müstəsna , daha özünəməxsusdur. Dövlətimizin asayişini təmin edən , insanlarımızın təhlükəsizliyi keşiyində duran polis əməkdaşları!Yaşadığımız son zamanlar bu fədakar peşə sahiblərinin üzərinə düşən vəzifə və məsuliyyətlər olduqca artıb. Onlar əsl görünməz qəhrəmanlardır. Hər an , saatdan , zamandan asılı olmayaraq iş başındadırlar. Bu gün onların günüdür. 2 İyul Polis əməkdaşlarının peşə bayramıdır. Bayramınız mübarək ! Bu çətin və şərəfli işdə ALLAH yardımçınız olsun!
Son günlər Hacıqabul rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu.
Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. Etiraf edək ki, Hacıqabul rayonu cənnətməkana çevrilməklə digər rayon sakinlərini buradakı tərəqqiyə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdən məmnundur. Cənab prezident İlham Əliyev demişdir:
Bəli, bu gündə Hacıqabul rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun tələbkarlığından irəli gəlir. Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, rayona el ağsaqqalı təyin olunan Rüstəm müəllim bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmir.
Rüstəm Xəlilov heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!
Rüstəm Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı kimi gördüyü təqdirəlayiq işlər, rayonda aparılan uğurlu islahatlar ölkə rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilir. Çünki hacıqabulluların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Rüstəm Xəlilov bir-bir yerinə yetirməkdədir. Bunun üçün rayon sakinlərilə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun. Aydın şəkildə görünür ki, Rüstəm Xəlilov icra başçısı postuna təyin olunduğu gündən başlayaraq tikinti-abadlıq, quruculuq işlərində yeniliklərə imza atdı. Bu gün rayon camaatı da təsdiqləyər ki, Rüstəm Xəlilovun Hacıqabula gəlişindən sonra adıçəkilən rayon əsraəngiz gözəlliyilə həm yerli sakinləri, həm də qonaqları valeh etməyə başlayıb. Təbii ki, bu, Hacıqabul Rayon İcra Hakimiyyətinin başcısının rayona və onun sakinlərinə göstərdiyi qayğının bariz nümunəsi kimi qiymətləndirilməlidir. Rayon rəhbərliyinin, konkret olaraq Hacıqabul rayon icra başçısı Rüstəm Xəlilovun ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Hacıqabulda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub. Məhz elə buna görə də ölkəmizin sosial-iqtisadi sferasında əldə olunan uğurlar Hacıqabul rayonunda da özünü əks etdirib və müsbət tendensiyalara doğru addımlayıb. Şübhəsiz, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan respublikamızın bütün regionlarında olduğu kimi, Hacıqabul rayonuna da əhəmiyyətli pay düşüb. Hacıqabullular Rüstəm Xəlilov başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər.
Xülasə, bu gün Hacıqabulda aparılan quruculuq işlərinə və bütövlükdə rayonun mənzərəsinə, coğrafiyasına göz yetirdikdə yeniliklər dərhal diqqəti çəkir, görülən işlərin əhəmiyyəti və səmərəliliyi hər kəsdə müsbət fikirlər yaradır. Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, Hacıqabul rayon Rüstəm Xəlilovun rəhbərliyi altında bu gün uğurlu iqtisadi inkişaf, mədəni yüksəliş dövrünü yaşamaqdadır.