2024-cü il planı: Qarabağda çəkilən yolların sirri...
- 7-08-2021, 14:49
- Siyasət
- 0
- 232
İşğaldan azad edilmiş ərazilərdə çəkiləcək yolların istiqamətlərinə baxdıqda hədəfi anlamaq mümkündür.
- Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı);
- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı);
- Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı);
- Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı);
- Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı);
- Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı);
- Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı);
- Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı);
- Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 km, 2 hərəkət zolaqlı);
- Füzulidən Şuşaya - Zəfər yolu (102 km);
İnfrastruktur tamamlandıqdan sonra:
1. Separatçıların olduğu ərazilər dörd tərəfdən – şimaldan, cənubdan, şərqdən və qərbdən əhatə olunur və separatçılar mühasirəyə düşür;
2. Yolların əksəriyyəti Laçın və Şuşaya çıxır: bu, separatçılarla Ermənistanın əlaqə qura biləcəyi bölgədə güclənmək deməkdir;
Yolların 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Niyə 2024-cü il? Bu tarix təsadüfi deyil.
2025-ci ildə Rusiya sülhməramlılarının bölgədə qalma müddəti başa çatır və 10 noyabr razılaşmasına əsasən müddətin başa çatmasına 6 ay qalmış tərəflərdən biri istəmədiyi halda kontingent çıxarılmalıdır. Bu o deməkdir ki:
Birincisi, Azərbaycan rus sülhməramlılarının bölgədə olduğu müddətdə diplomatik yollarla istəyinə nail olmaq xəttini tutacaq;
İkincisi, bu müddətdə lazımi nəticələr əldə edilməsə, genişmiqyaslı anti-terror əməliyyatı ön planda olacaq: inşa olunacaq yollar hərbi qüvvələrin və texnikanın dislokasiya imkanlarını genişləndirir və bu, məhz sülhməramlı missiyanın müddətinin başa çatmasından öncə - 2024-cü ilə qədər hazırlanır;
Bakı hazırda diplomatik cəbhədə döyüşür, paralel olaraq, hərbi cəbhədə atıla biləcək addımları hazırlayır və bu yollar mümkün risklərə qarşı alternativ planın tətbiqi üçün infrastrukturun tam hazır vəziyyətə gətirilməsi baxımından əhəmiyyətlidir.