Deputat: "Ermənistandakı revanşistlər ordumuzun təlimlərinin nə demək olduğunu yaxşı anlayır"
- 11-03-2021, 12:23
- Siyasət
- 0
- 205
Ermənistanda revanşizm haqqında düşünənlər ordumuzun dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirəcəyi təlimlərin nə demək olduğunu yaxşı anlamalıdır.
Bunu millət vəkili Sahib Alıyev Azərbaycan ordusunun keçircəyi növbəti hərbi təlimlərlə bağlı mövqeyini açıqlayarkən deyib.
"Oxuyuram ki, Azərbaycan Ordusu 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank, digər zirehli texnika, 200-dək raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatanlar, 30-dək hərbi aviasiya, eləcə də müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb etməklə martın 15-dən 18-dək əməliyyat-taktiki təlimlər keçirəcək.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan təcrübədən də çıxış edilərək döyüş hazırlığını daha da təkmilləşdirməklə yanaşı, terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqlar da yerinə yetiriləcək.
Ermənistanda revanşizm haqqında düşünənlər və onları buna sürükləyən qüvvələr yəqin ordumuzun keçirdiyi təlimlərin nə demək olduğunu anlayırlar"- millət vəkili qeyd edib.