Azərbaycanlı səfir Perunun nüfuzlu telekanalında erməni terrorundan danışıb
- 30-10-2020, 10:48
- Siyasət
- 0
- 261
Perunun nüfuzlu “ATV” telekanalında səfir Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri haqda müsahibəsi yayımlanıb.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, müsahibədə səfir Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Peru da daxil olmaqla beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edildiyini və burada yaşayan 1 milyona yaxın soydaşımızın etnik təmizləməyə məruz qoyulduğunu bildirib.
Münaqişə ilə bağlı BMT Təhülkəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin geri qaytarılmasını tələb etdiyini deyən diplomat, Ermənistanın bu sənədlərin tələblərinə məhəl qoymadığını, Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da qeyri-konstruktiv mövqe tutduğunu və işğal faktını gücləndirməyə çalışdığını qeyd edib.