» » Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH

Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH



"Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son günlər Ermənistan hakimiyyətinə iki mesaj göndərirlər".

Bu sözləri "Sherg.az"a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq hesab edir ki, birinci mesaj bundan ibarətdir ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur:
"Yəni demək istəyirlər ki, Rusiyadakı ermənilər Ermənistandakı ermənilər kimi düşünmür və baş nazir Nikol Paşinyanın Qərblə yaxınlaşmaq siyasətindən narazıdırlar. İkincisi, Rusiyada yaşayan ermənilər Ermənistana hər il milyardlarla dollar pul köçürürlər və bu Ermənistan büdcəsindəki vəsaitdən çoxdur. Bu da Kremlin Ermənistan hökumətinə xəbərdarlığıdır. Yəni demək istəyirlər ki, Qərbə yaxınlaşmağa çalışan Ermənistan hökumətinə təzyiq etmək üçün Kremlin əlində güclü maliyyə aləti var".

E. Şahinoğlunun fikrincə, Moskva Rusiyadakı ermənilərin Ermənistana pul köçürmələrinə qadağa qoysa qonşu ölkədə iqtisadi vəziyyət ağırlaşacaq:
"Nikol Paşinyan bu ssenarini nəzərə almaya bilməz. Əslində Moskva bu alətə əl atarsa bu, Nikol Paşinyanın ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminat almaq siyasətində işini asanlaşacaq. Çünki bu halda ABŞ və Avropa İttifaqı Nikol Paşinyan hökumətini Kremlin maliyyə təzyiqindən qurtarmaq üçün Ermənistana maliyyə dəstəyini artıracaq. Ermənistanda keçirilən rəy sorğularında Rusiyaya inam azalıb. Nikol Paşinyanın bu tendensiyanın artmasında maraqlıdır. Bunu Kreml də anlamamış deyil. Ona görə də Kreml pul köçürmələrinin dayandırılması kimi aləti ən sona saxlayıb".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya