» » Elxan müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

Elxan müəllim öz isguzarlığı ilə tanınır və seçilir….


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 2 saylı Yaşıllaşdırma İdarəsinin müdiri Elxan müəllimdir.

2 saylı Yaşıllaşdırma İdarəsinin müdiri Elxan müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elxan müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Elxan müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elxan müəllimdan danışdılar yaxşı ki, Elxan müəllim 2 saylı Yaşıllaşdırma İdarəsinin müdiridir… Elxan müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

Elxan müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Elxan müəllimi heç vaxt əqidəsindən döndərə bilməz.

Elxan müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elxan müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elxan müəllim ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Elxan müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elxan müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elxan müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 2 saylı Yaşıllaşdırma İdarəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elxan müəllim özünü doğruldub. Bizdə hörmətli Elxan müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

2 saylı Yaşıllaşdırma İdarəsinin müdiri Elxan müəllim - Xarıbülbül festivalı tarixi ədalətin bərqərarı deməkdir. 2020- ci il Azərbaycan tarixinə qürurla anılacaq səhifələr yazdı. Həm indiki nəsil, həm də gələcək nəsil bu səhifələri şərəflə vərəqləyəcək. Xalqın tapdalanmış şərəfini yenidən qanımızla, canımızla bərpa etməyimiz tarixi qələbənin möhtəşəmliyini bir daha vurğulayır. Mənəvi və maddi varlığımıza vurulan zərbələr nə qədər ağır və çox olsa da xalqımız 28 ildə dədə-baba torpaqlarına yenidən qovuşacağına, ona mənsub olanlara yenidən sahib olacağına heç vaxt ümidini itirmədi. Xalqımız çox niyyətlər edirdi - kimi qurban kəsəcəyini, kimi bir daş üstə oturub doyunca vətənə baxmağı, kimi bir ovuc torpağı qoxlamağı…Amma böyük torpaqlarda hamımızın daha böyük diləkləri olur. Bu diləklərdən biri də Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada Xarıbülbül festivalını keçirməkdir. Dilək və arzularımızı gerçək edən möhtərəm prezidentimiz xalqın bu arzusunu da gerçəkləşdirdi. Xarıbülbül festivalı 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. Hər il bu festival keçiriləndə Qarabağ bayram libasını geyinirdi. Tanınmış musiqiçilər ən gözəl əsərlərini bu festivalda səsləndirirdi. Festivalın əks-sədası hər yerə yayılırdı. Bu festival həm də birlik mənasını daşıyırdı. Erməni işğalı bu festivalı da müvəqqəti dayandırdı.

Budur 2021-ci ilin may ayı. Cıdırdüzü yenı də bayram libasını geyinib, yenə də Qarabağı musiqi sədaları bürüyüb, yenə də insanlar birlikdə yallı oynayırlar. Mayın 12-si və 13-ü Şuşanın ruhu təzələndi. Cənab prezidentimiz xalqına verdiyi sözü əminliklə yerinə yetirdi. Uzaqgörən siyasəti, xalqına olan sonsuz məhəbbəti, xalqın ona olan inamı xalqımızı qalib etdi. O, festivalın açılışında qalib olmağın sirlərini açanda bir daha torpaqlarımızı azad edərkən şəhid olan oğullarımızı, dəmir yumruq kimi birləşən xalqın əzmkarlığını vurğuladı.

Düşmən mədəni abidələrimizə nə qədər ağır zərbə vursa da, xalqın ruhunu qıra bilmədi.Şuşa şəhərində Yuxarı Gövhərağa məscidi sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılır. Bu şahanə məscid sırasında dayanan 17 məscid də şəhərə xüsusi gözəllik və müdriklik gətirirdi.1992-ci ilin mayında Şuşanın işğalı zamanı Yuxarı Gövhərağa məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib ,interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu. Yuхarı Gövhərağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa işğaldan azad olan kimi cənab prezidentin əmri ilə məscidin dərhal yenidən qurulmasına başlanıldı. Burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Budur məscid artıq əvvəlki vəziyyətinə qayıdıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidinə ziyarət etdilər. Bəli, Şuşada Xarıbülbül festivalının keçirilməsi, Yuxarı Gövhərağa məscidinin yenidən bərpası bizi daha da inamla yaşamağa və yaşatmağa sövq edir, düşmənin tarixi ədalət qarşısında acizliyini göstərir.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya