» » Paşinyan Ermənistanı şoka salıb: Bu ərazilər qaytarılır

Paşinyan Ermənistanı şoka salıb: Bu ərazilər qaytarılır

Paşinyan Ermənistanı şoka salıb: Bu ərazilər qaytarılır


Ermənistan ərazisində heç vaxt belə adda kəndlər olmayıb.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana verilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Paşinyan Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Alma-Ata bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb. 

O, İrəvanın qismən delimitasiyaya getməyə hazır olduğunu və prosesin Tavuş ərazisində başlayacağını da istisna etməyib.

Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyanın sözlərinə görə, Paşinyanın dediklərindən belə güman edilir ki, həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin demarkasiyası işlərinin başlanğıcı hesab edə bilərik.

“Birinci mərhələdə demarkasiya və demarkasiya adı altında həmin 4 kəndi təhvil verir. O, "biz Tavuş sərhədində heç bir kəndi Azərbaycana vermirik" deyəndə həmin 4 kəndi Tavuşun bir hissəsi hesab etmir və manipulyasiya edir. Ona görə də deyir ki, bu kəndlər Ermənistanın deyil, Azərbaycanındır. Sərhədin demarkasiyası zamanı onları geri qaytarmalı olacağıq", - erməni deputat qeyd edib.

Erməni mediası "Hraparak" isə yazır ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Ermənistandan Gürcüstana gedən dövlətlərarası yol, qaz xətti həmin kəndlərin yanından və yaxud ərazisindən keçir. 

Paşinyan da kommunikasiyaların gələcək taleyi ilə bağlı vəziyyətə aydınlıq gətirərək deyib ki, əgər Ermənistana məxsus kommunikasiyalar əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman həmin kommunikasiya xətləri Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır. 

"Hələlik heç bir qərarımız yoxdur, amma bütün bu prosesi yuxarıda qeyd etdiyim məntiqlə idarə etməliyik”, - Paşinyan bildirib.

Ermənistan baş naziri onu da qeyd edib ki, Aşağı Əskipara (hazırda  ermənilərin işğalı altındadır-red) kəndindən keçən ərazinin bir hissəsi problemlidir. 

"Orada yolun bir hissəsi Azərbaycan ərazisindən keçir. Ondan yan keçmək üçün yeni yollar çəkilməlidir. Əvvəllər müzakirələrdə elə bir fikir var idi ki, harada yol varsa, məsələni belə həll etməliyik: yolun o hissəsini saxlayıb, başqa yerdən ona bərabər olan hissəni Azərbaycana verək. Sonra belə qənaətə gəldik ki, bunu etmək lazım deyil, çünki bu, əlavə qeyri-müəyyənliklər yaradır”, - Paşinyan bildirib.

Hökumət başçısının dediklərindən belə bir nəticəyə gəlmək olur ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasında müzakirələrə əsasən ilkin mərhələdə Qazaxın 4 kəndi Azərbaycana qaytarılır. Digər kəndlər məsələsi isə növbəti mərhələdə müzakirə predmetidir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya