» » Paşinyanın 4 kənd açıqlamasındakı əsas detal - Əslində nə deyir?

Paşinyanın 4 kənd açıqlamasındakı əsas detal - Əslində nə deyir?

  • 13-03-2024, 09:19
  • Dünya
  • 0
  • 59
Paşinyanın 4 kənd açıqlamasındakı əsas detal - Əslində nə deyir?


Nikol Paşinyan mətbuat konfransında 4 kəndin (anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması ilə bağlı sualı cavablandırarkən, bildirib ki, "Tavuşun kəndlərinin təhvil verilməsi haqda heç vaxt söhbət olmayıb, ola da bilməz. Azərbaycan mətbuatında adları çəkilən kəndlər Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da olmayıb”.

Bu, Nikolun növbəti "özünütəkzibi” olaraq görünür. Çünki onun özü dəfələrlə Azərbaycanın 8 kənd məsələsinə toxunub, bu kəndlərin "Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını” bildirib. Müavini Mher Qriqoryan da sərhəd komissiyalarının martın 7-də keçirilən iclasından sonra Azərbaycanın 4 kəndi tələb etdiyini açıqladı. Bütün bunlardan sonra Paşinyanın "Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” açıqlaması absurd görünür və hesab etmək olar ki, erməni baş nazir ictimai ittihamlardan xilas olmaq üçün belə deyir.

Lakin Paşinyanın açıqlamasındakı məntiqə diqqət etdikdə fərqli nəticə ortaya çıxır. Erməni baş nazir deyir ki, "Tavuşun kəndlərini qaytarmaq müzakirə mövzusu deyil və Ermənistan ərazisində bu adda kəndlər olmayıb”. Bu açıqlamanı "həmin kəndlər Ermənistana məxsus olmadığı üçün onların qaytarılması Tavuşun kəndlərinin təhvil verilməsi demək deyil” kimi də oxumaq mümkündür.

Ardınca "delimitasiya Tavuşdan başlaya bilər” deməsi də bu məntiqi ön plana çıxarır. Əks təqdirdə, "Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” demək vaxtilə səsləndirdiyi "Qarabağ Ermənistandır” demək kimi bir şeydir və həmin ərazilərin hərbi müstəvidə azad edilməsini aktuallaşdıra bilər.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya