Paşinyandan əsl erməni tələsi: “Sülh Qovşağı”ndan “Silah Qovşağı”na
- 27-10-2023, 10:40
- Siyasət
- 0
- 103
Üç mühüm xəbəri oxuyandan sonra qiymət vermək xeyli dərəcədə asanlaşır:
1. Ukrayna müharibəyə baxmayaraq, tövsiyələri yerinə yetirib və Avropa İttifaqına üzv olmaq üçün cavab gözləyir.
2. Hindistan və Fransa Ermənistana silah daşıyır.
3. Paşinyan Azərbaycan bayrağını başının üstündən asdı…
Ermənistan iddia edir ki, “Rusiyanın vasitəçilik formatını seçərək Azərbaycan Ermənistan, Aİ və ABŞ-ni şantaj etməyə başlayıb. Azərbaycan Qərbin məhdudlaşdırıcı siyasətinə cavab olaraq Aİ-nin Ermənistanla danışıqlar görüşünü boykot edib. Oktyabrın 5-də Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan sərt şəkildə tənqid edilib və sanksiyalar tətbiq edilib”.
Maraqlıdır ki, Azərbaycan görüşü ona görə təxirə saldı ki:
1. Fransa masada Ermənistanı kənara itələyib özü böyük Ermənistan rolunu oynamağa başladı və Azərbaycanın təklif etdiyi Türkiyəni masaya qoymadı.
2. Danışıqlar baş tutan ərəfədə Fransa – Ermənistan hərbi müqaviləsi imzaladı. Paris balaca Ermənistanın növbəti dəfə bədbəxt olmasının təməllərini atdı.
Hətta bu azmış kimi avroparlamentin ermənipərəst deputatlari ermənilərin Qarabağdan kütləvi şəkildə getməsini “etnik təmizləmə” adlandırıblar. Avropa Parlamentinin üzvləri Azərbaycanın beynəlxalq öhdəliklərini pozduğunu nəzərə alaraq, Avropa Komissiyasından Bakı ilə enerji sektorunda strateji tərəfdaşlığa təcili şəkildə yenidən baxılmasını tələb ediblər.
Hətta onlar tələb və təklif ediblər ki, Azərbaycanın Ermənistana hərbi təcavüzü və ya hibrid hücumları olacağı təqdirdə Aİ Azərbaycan qazı və neftinin idxalından asılılığını azaltmalı və bu tədarüklərdən tamamilə imtina etməlidir. Bundan əlavə, bir çox Avropa ölkələrinin parlamentləri ermənilərin Qarabağdan məcburi deportasiyasını pisləyib və Bakını ermənilərin geri qayıtmaq hüququnun həyata keçirilməsini təmin etməyə çağırıb.
Avropa dövlətləri də BMT İnsan Haqları orqanlarında Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanat imzalayıblar.
Bu Avropa fəaliyyətinə Qranadada Şarl Mişel, Olaf Şolts, Emmanuel Makron və Nikol Paşinyanın dördtərəfli bəyannaməsini də əlavə etmək olar. Orada Aİ, Fransa və Almaniya Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstəklərini vurğuladılar.
Yəni göründüyü kimi kollektiv Qərb nəinki 30 il ərzində işğal altında olan və qaçqın, köçkün sayı bir milyona çatan Azərbaycan ilə bağlı qərar qəbul edib, əksinə, ilahi ədaləti icra edib ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı birlikdə mövqe nümayiş etdirib, İrəvanı silahlandırılmasına imkan yaratmaq onların məntiqinə görə çox təbii imiş.
“Onlar bəyan ediblər ki, Qarabağdan didərgin salınmış qaçqınlar beynəlxalq monitorinq altında heç bir şərt qoyulmadan öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququndan sərbəst istifadə etməlidirlər”.
Şübhəsiz ki, qaçqınlar kimdir, necə tərk ediblər ərazini…
Hamısı video və fotolarda mövcuddur.
Erməni əhali Azərbaycanın reinteqrasiya planına baxmayaraq, könüllü şəkildə bölgəni tərk etməyə üstünlük verdi.
İkincisi, bu şəxslərin çox böyük faizi Ermənistan pasportu daşıyır və Azərbaycan vətəndaşı deyillər.
Üçüncüsü, yenə çox böyük faizi Yaxın Şərq bölgəsindən köçən ermənilərdir.
Qərb bunların Azərbaycana qayıtmasını leqal olaraq tələb etmək haqqına malik də deyil axı.
“Avropa liderləri həmçinin bir-birinin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün (Ermənistanın 29,800 kvadrat kilometri və Azərbaycanın 86,600 kvadrat kilometri) qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün bütün səylərə sadiq qalırlar. Onlar güc tətbiq etməmək və güc tətbiq etməklə hədələmə prinsipinə ciddi əməl etməyə çağırıblar”.
Bəyəm Azərbaycan Ermənistan ərazisinin bütövlüyünü haradasa tanımadığını qeyd edib?
Prezidenti İlham Əliyev hətta sentyabrın 20-də axşam xalqa müraciətində Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını söyləyib: “Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq” - deyə açıq mətnlə ifadə etdi.
Və hətta bunlara baxmayaraq, Qərb sənədlərlə qeyd edir:
– Qərb Azərbaycanın Ermənistana qarşı hərbi hücumlar və təcavüzkarlıq siyasətini bölüşmür.
– Qərb BMT Təhlükəsizlik Şurasının sessiyaları zamanı da Ermənistanın ərazi bütövlüyünü müdafiə edib və Azərbaycanı təcavüzdən çəkinməyə çağırır.
Qərbin bu mövqeyi Azərbaycan davranışını qəbuledilməz hesab edir.
Əvvəla, ona görə ki, Azərbaycan Ermənistana hücum etmək niyyətində deyil.
İkincisi, Azərbaycan Ermənistan ilə sülh bağlamağa çalışır.
Üçüncüsü, Azərbaycana kommunikasiyaları açmaq lazımdır.
Dördüncü, Qərb Ermənistanı Azərbaycana qarşı çıxmağa hazırlayır və qəbul etdiyi sənədlərlə Azərbaycanın əl – qolunu bağlamağa hazırlıq işləri görür.
Qərb iddia edir:
Azərbaycanın Ermənistana qarşı hərbi hücum planı var və ona görə Qərb platformalarını boykot etmək qərarına gəlib. Əliyev Rusiyanın danışıqlar formatını seçib.
Və ya guya ki, "Azərbaycan Ermənistana qarşı hərbi hücumların Azərbaycan tərəfindən təşviq edildiyi Rusiya formatını seçib. Azərbaycanın hər bir hücumu Rusiyanın maraqlarına uyğundur, çünki Moskva və Kreml Zəngəzur dəhlizi adlandırdıqları Ermənistana təqdim etdikləri ərazi iddiasında ümumi maraqlara malikdir”.
(Hər kəs bilir ki, nə üçün bizim daxili radikal müxalifətin sosial media səhifələrində eyni tezislər yayılır, hansı ki, həmin dırnaqda verdiyimiz fikirlər Ermənistan mediasında ortaya atılır əvvəlcə).
Yəni əsas sual budur: Azərbaycan nə üçün Rusiyada olan platformanı seçir?
1. Azərbaycan hazırda Rusiya ilə münasibətlərində hansısa problem yaşamır.
2. Azərbaycan Türkiyə – Rusiya əməkdaşlığının bəhrəsini görür.
3. Azərbaycan 3+3 mexanizminin daha real və praktik hesab edir.
4. Son proseslər də Azərbaycana Rusiyanın Fransadan daha yaxın olduğunu göstərir.
İşin anlaşılmayan tərəfi də var:
Azərbaycana da ABŞ tərəfindən təzyiqlər edilir ki, Ermənistana qarşı hərbi hücum həyata keçirməsin.
Ümumiyyətlə, "Politico" nəşrinin iddiası anlaşılmaz və qəribə idi: dərhal da Blinken kabineti tərəfindən təkzib edildi. Lakin üzərindən 10 gündən artıq vaxt keçsə belə, həmin feyk xəbər Ermənistan gündəmində saxlamaqdadır.
Qaldı ki, Ermənistanda da düzgün başa düşüblər ki, hər danışıq platformasından sonra Azərbaycan istədiyini alır. Bundan sonra Bakı hansı formata üstünlük verirsə, o formata keçir. Çünki Azərbaycan haqlıdır və hüquqi çərçivədə prosesləri idarə edir.
Digər bir tezis: Ermənistan hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Azərbaycan sentyabr ayında Qarabağda əməliyyat keçirib.
Yəni nə dəxli var:
Azərbaycan öz ərazisində əməliyyat keçirdi və Ermənistan lobbisinin rüşvəti ilə Qərb parlamentində əyləşənlərdən başqa sivil dünya bizi ittiham etmədi ki. Hətta BMT-də iki dəfə dinləmə oldu və səsvermədə Ermənistan ilə yanaşı, Fransa da məğlub oldu.
Ermənistanın məntiqinə görə Azərbaycan separatçıları Qarabağda saxlamalı və anklavlarda qalan kəndləri istəməməlidir.
O zaman haqlı sual yaranır:
Ermənistan Azərbaycanın ərazi bütövlüyü necə tanıyıb?
İkincisi, Ermənistan indi də ittiham edir ki, Qərb Azərbaycanın qarşısını almaq və müharibəyə başlamamaq vədini pozmaq üçün heç bir sərt addım atmadı.
Açığı Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmədən niyə söz verməlidir ki?! Bu iddia da məlum deyil.
Lakin Rusiya üçün məqbul olan məsələlər var.
Qərb Ermənistanın "demokratiyasına və suverenliyinə" zərbə vurmaq üçün addım atacaq ölkəni Qafqazda yox, Rusiyada axtarsa, daha məntiqli olmazdı?
Çünki Rusiyanın Ermənistana qarşı yeni hərbi hücumlara başlayacağı çox böyük ehtimaldır.
Keçək digər məsələyə:
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, onlar Süniki zəbt edib oradan dəhliz almaq fikrində deyillər.
Hətta prezident köməkçisi bildirib ki, Zəngəzur dəhlizi artıq Azərbaycan üçün maraqlı deyil.
Lakin Azərbaycan vacib mərhələyə keçid də elan edir:
Anklavların qaytarılması…
Qayıdaq yazının əvvəlinə:
1. Ukrayna müharibəyə baxmayaraq, tövsiyələri yerinə yetirib və Avropa İttifaqına üzv olmaq üçün cavab gözləyir.
Ukrayna Prezidenti Zelenskinin son açıqlamları Yaxın Şərq hadisələri kontekstində Qərbin Ukraynaya marağının azalması dinamikasının müşahidə edildiyinə sübutdur.
Əgər Ukraynya yardımlarla bağlı ortaya çıxan tərəddüd Kiyevi Moskva qarşısında əzdirrəcəksə, bu Qərb üçün strateji səhv olacaq kimi görünür. Lakin fakt faktlığında qalır, İsrail Ukraynanı ikinci plana atdı. Bu aqibət kimi görünməsə də, Qərbin “ipinin üstünə odun yığılmaması” mənasında Ermənistana ciddi siqnal olmalı idi ki, İrəvan tam tərsinə – oyunun mərkəzinə doğru yön almaqdadır.
2. Hindistan və Fransa Ermənistana silah daşıyır.
“The Economic Times of India” qəzeti yazıb ki, yüksək rütbəli erməni rəsmi bu yaxınlarda daha çox silah alınmasını müzakirə etmək üçün Hindistana səfər edib. Səfər Hindistanın 2022-ci ildə bağlanmış yüz milyonlarla dollarlıq müqavilələrə uyğun olaraq, bu ilin iyul-avqust aylarında İran vasitəsilə Ermənistana silahların ilk partiyası, o cümlədən özüyeriyən və yedəkli “Pinaka” reaktiv yaylım atəşi sistemləri, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raketlər və sursatlar təhvil verilib və ya veriləcək.
Fransa isə İrəvana “Mistral” qısa mənzilli zenit-raket kompleksləri göndərməyə hazırlaşır.
3. Paşinyan Azərbaycan bayrağını başının üstündən asdı.
Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarları İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dördüncü Tbilisi İpək Yolu Forumunda iştirak ediblər.
Ermənistan Baş naziri Nikol Paşinyan yaxın aylarda Alma-Ata bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ümid etdiyini bildirib.
“Hazırda Azərbaycanla sülh müqaviləsi və münasibətlərin normallaşması üzərində işləyirik və ümid edirəm bu proses yaxın aylarda uğurla başa çatacaqdır”, – Nikol Paşinyan bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan tədbirdə “Sülh Qovşağı” adını verdiyi layihəsini də açıqlayıb.
“Bu layihənin əsas mənası avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabel və kommunikasiya xətlərinin təmiri, tikintisi və istismara verilməsi yolu ilə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında əlaqələrin inkişafıdır”, – Nikol Paşinyan deyib.
Nəticə:
“Bərpa olunan enerji sektoruna sərmayə qoymaq Azərbaycana indi elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz böyük miqdarda təbii qaza qənaət etməyə imkan verəcək”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində deyib .
“Bu investisiya bizə hal-hazırda elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz böyük həcmdə təbii qaza qənaət etməyə imkan verəcək. Bu isə ixraca qənaət olunacaq bir neçə milyard kubmetrdir. Çünki son geosiyasi dəyişikliklərlə bağlı Avropanın Azərbaycan qazına hər zamankından daha çox ehtiyacı var”, – deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın böyük nəqliyyat infrastrukturunu – Xəzər dənizindəki dəniz yataqlarından Avropaya uzanan 3500 km uzunluğunda qaz kəmərini vaxtında istifadəyə verdiyini vurğulayan İlham Əliyev əlavə edib ki, bu, daha da geniş regionun enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Prezident İlham Əliyevin çıxışının kiçik bir hissəsindən çıxardığımnız qənaət bizə imkan verməlidir ki, Azərbaycan bölgə dövləti kimi və oynadığı straeji müttəfiqlik roluna görə imtina ediləsi güc deyil.
Hələ Qərb üçün deyə bilərik ki, enerji sahəsində artan tələbatlar Azərbaycan kimi ölkənin zəruriliyini mütləq təcəlli etdirir.
İkincisi, Ermənistan sülhə doğru gəlmir, ümumiyətlə, bu ölkəni çox güman ki, bir neçə Qərb emissarı idarə edir və Nikol Paşinyan üçün mətnləri də onlar yazır.
Çünki açar sözlər və məqsədlər göstərir ki, Ermənistan qalıcı sülhdən, bölgədəki əməkdaşlıq istəyindən çox kənardadır.
Üçillik gecikmə İrəvan üçün Zəngəzur dəhlizinin itkisinə başa gəldi, Nikol Paşinyan Gürcüstanda təqdim etdiyi “Sülh Qovşağı” isə reallıqdan uzaq, daha çox “Silah Qovşağı” olaraq meydana çıxmaqdadır.
Mənbə: 27sentyabr.az