» » Sülhməramlılar Qarabağda polis statusunda qalır? – AÇIQLAMA

Sülhməramlılar Qarabağda polis statusunda qalır? – AÇIQLAMA

Sülhməramlılar Qarabağda polis statusunda qalır? – AÇIQLAMA


Rusiyanın Kaspi Strateji Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksandr Karavayev “Kavkazskiy uzel” nəşrinə açıqlamasında bildirib ki, Azərbaycan üçün Rusiya “sülhməramlı” kontingentinin statusunun hərbi sülhməramlı qüvvədən monitorinq qrupuna dəyişdirilməsi, ona müəyyən polis funksiyalarının verilməsi ilə bağlı danışıqların aparılması məntiqli ola bilər.

Onun bu fikirlərinə cavab olaraq hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan heç bir halda sülhməramlı kontingentin ölkəmizdə qalma müddətini uzatmaq niyyətində deyil:

“Əslində onların Azərbaycandakı indiki fəaliyyəti də qismən formal xarakter daşıyır. Çünki onların Azərbaycana yerləşdirilməsində məqsəd münaqişə tərəfləri arasında atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdən ibarət idi. Hazırda münaqişə tərəflərindən biri tamamilə Azərbaycan ərazilərindən çıxarılıb və belə olan halda da rus kontingentinin yerinə yetirə biləcəyi vəzifələr tamamilə aradan qalxıb”.

Rusiya sülhməramlı kontingentinin polis və ya digər funksiyaları yerinə yetirməsi üçün heç bir mandatının olmadığını xüsusilə qeyd edən ekspert vurğuladı ki, onların Azərbaycan ərazilərindən çıxarılması hətta nəzərdə tutulan müddətdən də əvvəl baş verə bilər:

“Qarşıda rus kontingentinin heç bir müqavimət potensialı mövcud deyil. Onlar heç bir addım da ata bilməzlər. Azərbaycan öz fəaliyyətlərini Rusiyada hansısa sərsəm politoloqların səsləndirdiyi fikirlər əsasında deyil, milli və dövlət maraqları çərçivəsində planlaşdırır və həyata keçirir”, - sitatın sonu.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya