AAYDA-də işgüzar görüş keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov "TYPSA" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə regional direktoru Alexandro Martin Roalezi qəbul edib.
İdarə Heyətinin sədri Saleh Məmmədov qonağı salamlayaraq, rəhbərlik etdiyi qurum, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu qeyd edən İdarə Heyətinin sədri Saleh Məmmədov, 2022-2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən avtomobil yolu layihələrinin tikintisi ilə bağlı görülən işlərin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yol-nəqliyyat xəritəsinin dəyişməsinə və regionlar arası nəqliyyat əlaqələrinin genişləndirilməsinə böyük ölçüdə töhfə verəcəyini qeyd edib.
Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq həyata keçirilən yol infrastrukturu layihələrinin əhəmiyyətindən danışıb.
Görüşdə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Agentliyin Aparatının rəhbəri İlqar Əhmədov, İnvestisiya idarəsinin rəisi Seyidhəsən Ağazadə, İnvestisiya layihələrinin idarəedilməsi şöbəsinin rəisi Emin Məmmədzadə, İnvestisiya proqnozlaşdırılması şöbəsinin baş mütəxəssisi Şakir Xanməmmədov və “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC-nin direktoru Azər Nemətli iştirak etmişdir.