» » Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib



Təbrikdə deyilir:

“Mənalı ömrünü xalqımızın parlaq gələcəyinə həsr edən müqəddəs peşənin sahibləri, əziz müəllimlər!

Sizi öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqları adından 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxt və firavan həyat, məsuliyyətlə çalışdığınız şərəfli fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.
Hörmətli müəllimlər, Siz cəmiyyətimizin və dövlətimizin maraqlarından çıxış edərək öz peşə fəaliyyətinizi yüksək keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirir, bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi göstərirsiniz.

Peşəkar fəaliyyətiniz və şəxsi davranışlarınızla hər zaman cəmiyyətimizin təhsilə, təhsil işçilərinə inamını artırır və bu peşənin nüfuzunu yüksəldir, müəllim adını, şərəf və ləyaqətini daim uca tutursunuz. Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə almasında, müasir elmi biliklərə yiyələnməsində, onların cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində Sizin əməyiniz danılmazdır.

Təhsil sahəsinin inkişafı, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətdə müəllimin nüfuzunun daha da artırılması daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Ulu Öndər Heydər Əliyev hər zaman müəllimlərin əməyini yüksək qiymətləndirib, onlara böyük hörmət və qayğı ilə yanaşıb. Dövlətimizin başçısı cənab İlham Əliyev mütəmadi olaraq müəllimlərin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi ilə bağlı sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizin təhsil sisteminin inkişafı, modernləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası əhəmiyyətli yer tutur.

Əziz müəllimlər, hörmətli təhsil işçiləri, bir daha Sizi bu əlamətdar gün münasibətilə təbrik edir, sağlam və təhlükəsiz əmək, normal iş şəraiti, mənalı və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya