Главная > Səhiyyə > "Delta" ştammı sonuncu ola bilər - ABŞ-lı mütəxəssis
"Delta" ştammı sonuncu ola bilər - ABŞ-lı mütəxəssis24-09-2021, 15:00. Разместил: admin |
ABŞ-dakı “delta” variantı COVID-19-un son böyük variantı ola bilər. Bunu ABŞ Dərman və Qida İdarəsinin sabiq rəhbəri həkim Skot Qotlib CNN-ə müsahibəsində deyib. O bildirib ki, başqa bir ştamm ilə mövcud immunitet məhv edilməzsə, “delta” variantı sonuncu böyük infeksiya dalğası olacaq: “Amma bu yayılmış risk halına gələcək”. ABŞ-da böyük yaşdakı şəxslərin 76%-nin azı bir doza vaksin olunduğunu deyən Qotlib söyləyib ki, yoluxma səviyyəsinin aşağı düşdüyünü və yayılma sürətinin zəiflədiyini görmək üçün əhalinin təxminən 80-85%-i peyvənd olunmalıdır. Mütəxəssisin sözlərinə görə, havalar soyuduqca “delta” variantının təsiri artacaq və yoluxmalarda artım müşahidə olunacaq. S.Qotlib həmçinin bildirib ki, qriplə paralel koronavirusa yoluxma halları ölümlərin də artması ilə nəticələnəcək. Вернуться назад |