"Delta" ştammı sonuncu ola bilər - ABŞ-lı mütəxəssis
- 24-09-2021, 15:00
- Səhiyyə
- 0
- 289
ABŞ-dakı “delta” variantı COVID-19-un son böyük variantı ola bilər.
Bunu ABŞ Dərman və Qida İdarəsinin sabiq rəhbəri həkim Skot Qotlib CNN-ə müsahibəsində deyib. O bildirib ki, başqa bir ştamm ilə mövcud immunitet məhv edilməzsə, “delta” variantı sonuncu böyük infeksiya dalğası olacaq:
“Amma bu yayılmış risk halına gələcək”.
ABŞ-da böyük yaşdakı şəxslərin 76%-nin azı bir doza vaksin olunduğunu deyən Qotlib söyləyib ki, yoluxma səviyyəsinin aşağı düşdüyünü və yayılma sürətinin zəiflədiyini görmək üçün əhalinin təxminən 80-85%-i peyvənd olunmalıdır.
Mütəxəssisin sözlərinə görə, havalar soyuduqca “delta” variantının təsiri artacaq və yoluxmalarda artım müşahidə olunacaq.
S.Qotlib həmçinin bildirib ki, qriplə paralel koronavirusa yoluxma halları ölümlərin də artması ilə nəticələnəcək.