Главная > --- > Şamxal müəllim: Xalqın yekdil dəstəyi və etimadı

Şamxal müəllim: Xalqın yekdil dəstəyi və etimadı


6-02-2024, 11:59. Разместил: admin
Şamxal müəllim: Xalqın yekdil dəstəyi və etimadı


İş adamı Şamxal müəllim - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində üçrəngli bayrağımız bu gün uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır. Ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün natiqlər seçiciləri seçki günündə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Nəyə görə gözlənilirdi və nə üçün xalqın seçimi məhz İlham Əliyevdir? 

Birincisi, Prezident İlham Əliyevin ötən müddətdə dövlət baş­çısı kimi həyata keçirdiyi fəaliyyət Azərbaycanın rifah və tərəqqisinə hesablanmış alternativsiz xətdir. Bu xətt davamlı sosial islahat paketlə­ri ilə daim zənginləşməkdə və inki­şaf etməkdədir. Kadr islahatları isə götürülmüş kursun yüksək səmərə verməsində müstəsna tamamlayıcı faktordur.

İkincisi, Prezident İlham Əliyev yenilikçidir. O, siyasətini müasir döv­rün tələblərinə məharətlə uzlaşdır­mağı bacarır. Nəticə etibarilə, İlham Əliyevli Azərbaycan həm də çağdaş dünyamızın istər mədəni, istər iqtisa­di və mənəvi baxımından ayrılmaz tərkib hissəsidir. İdarəçiliyin İlham Əliyev modeli müasirləşmə yolunda da alternativ tanımır.

Üçüncüsü, Prezident İlham Əliyev prinsipial və qətiyyətlidir. Onun xarak­terinin bu hərəkətverici amalı ölkəmizin müstəqilliyinin daimiliyi, dönməzliyi və onun kənar amllərin təsirindən qorun­masıdır. Qətiyyət və prinsipiallıq, eyni zamanda, Azərbaycan üçün həlli vacib məsələlərin operativ və ardıcıl surətdə reallaşdırılması prioritetini rəhbər tut­maqdadır. 

Dördüncüsü, İlham Əliyev siyasət dühasıdır. Ulu öndər Heydər Əliyev kimi, o da miqyası Azərbaycanın hüdudları­nı aşan danılmaz liderdir. Onun liderliyi dünyada qəbul edilmiş gerçəklikdir. 

Beynəlxalq aləm İlham Əliyev adı gələndə postsovet məkanının rəhbər şəxsləri barədəki klişelərdən uzaq baxış ortaya qoyur. Bu mənada Ulu öndər möv­cud anlamdakı stereotipləri sındırmış dövlət adamı idisə, İlham Əliyevin liderliyi artıq sınmış olan stereotipləri tamamilə silməyi bacardı. 

Beşincisi, Prezident İlham Əliyev sö­zünün ağasıdır. O, heç bir kəlməni boş yerə demir. Dilə gətirdiyi hər fikrin reallıq­la fiksasiyası labüd və qaçılmazdır. Çün­ki dövlətimizin başçısının irəli sürdüyü xətt əvvəlcədən ciddi şəkildə düşünülüb. Mövcud düşüncə üçün riskləri nəzərə alma bir deyil, bir neçə istiqamətli amp­litudaya malikdir. Onun belə yanaşması qarşıya qoyulmuş məqsədin həyata keçi­rilməsinin qarşısının alınmasına yönələn cəhdlərdən etibarlı sığortadır. Sözüge­dən sığorta isə həm də deyilmiş sözün etibarlılıq təminatıdır.

Altıncısı, İlham Əliyev vətənpərvər­dir. Onun vətənpərvərliyi bu sözü ifadə etmənin əməli nümunələri ilə zəngindir. İlham Əliyevin xarakteri üçün əsas olan xalq və dövlət naminə görülmüş konkret işlərdir. Bu mənada YAP lideri vətənpər­vərliyin ənənəvi baxış stereotiplərini də sıradan çıxarmış rəhbərdir. Artıq Azər­baycan insanı üçün Vətəni sevməyin ehkamlaşmış İlham Əliyev nümunəsi var. Yeri gəlmişkən, mövcud nümunə Heydər Əliyev siyasi kursuna varisliyin də növbə­ti göstəricisi kimi çıxış etməkdədir. 

Yeddincisi, İlham Əliyev varisliyin özünün də mükəmməl örnəyidir. Məlum olduğu kimi, dünyanın ayrı-ayrı ölkələrin­də siyasi varislik xətti əsas götürülmək­dədir. Başlıca məsələ bu xəttin dünyada qəbuludur. Bir çox hallarda qəbuletmə gerçək anlam daşımır. Bu zaman varis, bir növ, kölgədə qalır. Ancaq İlham Əliyev əməli fəaliyyəti ilə özünü, necə deyərlər, avtonom şəkildə sübut etməyi bacarmış liderdir. Hakimiyyətinin ötən iyirmi illik dövrü onu təsdiqlədi ki, YAP-ın sədri heç bir halda Heydər Əliyev nəhəngliyinin kölgəsində deyil. 

Səkkizincisi, İlham Əliyev nəinki Heydər Əliyev böyüklüyünün kölgəsində qalmadı, eyni zamanda, onun siyasəti varislik prinsipinə yeni çalarlar qazan­dırdı. Azərbaycanın lideri sübut etdi ki, institusional struktura malik Heydər Əli­yev dəst-xəttinin ən böyük sərmayəsi elə varislik imiş. Mövcud sərmayə ölkəmizin hazırkı reallıq sistemi üçün, sanki, bol məhsuldur. 

Doqquzuncusu, İlham Əliyev Qara­bağ davasının məharətli sərkərdəsidir. Ölkəmizin lideri bildirib ki, Qarabağı onun hakimiyyəti dövründə yetişmiş gənclər işğaldan azad etdilər. Əlbəttə, öyünməyə tam haqqı var. İlham Əliyev, həmçinin çox haqlı olaraq, onu da deyib ki, müəyyən vaxtlarda insanlarımızın torpaqlarımızın geri qayıdacağına ümidi azalmışdı. Ümi­di qığılcımlarını sönməyə qoymayan isə onun özüdür. Prezident bütün çıxışların­da Qarabağ məsələsindən bəhs etmiş, ortaya prinsipiallıq və qətiyyət qoymuş və bununla bağlı işlətdiyi hər fikir dərin ideo­loji məzmun qazanmışdı. Nəticədə işğala son qoyulacağına həm inam yaranmış, həm həmin inam möhkəmlənmiş, həm də məfkurəvi obraz qazanmışdı. 

Onuncusu. İlham Əliyev müdrik Pre­zidentliklə yanaşı, Ali Baş Komandan ol­duğunu da sübut etdi. Dövlətimizin baş­çısı 44 günlük müharibəni hər cəbhədə aparması ilə yaddaşlarda əbədi qaldı. Savaşın, belə demək mümkünsə, silah cəbhəsində də, o, əsl sərkərdəyə çev­rildi. İnformasiya cəbhəsində isə mahir diplomata. Bu iki amplua bir-birini o qə­dər gözəl şəkildə tamamladı ki, yaranmış mənzərə heyrət doğurmaya bilməzdi. 

On birinci məqam. Əlbəttə, İkinci Qarabağ savaşı müstəvisindəki haqqın­da söz açdığımız heyrət mənzərəsinə Prezidentin sadə xalqın adamı olması mahiyyəti də güc verdi. 44 günlük mü­haribə dönəmində hər kəs onu özündən biri sandı. Kimisi dövlət başçısını qardaş, kimisi dost və sirdaş, kimisi isə əmi və dayı, ümumən ən yaxın qohum, əziz in­san bildi. Bu, Xalq – İlham Əliyev, İlham Əliyev – Xalq vəhdətinin ən parlaq və mükəmməl təntənəsi idi. 

On ikinci məqam. İlham Əliyev obrazı qloballaşan və dəyişən dünya­mızda Azərbaycanın, sadə dildə desək, sağqalma formuludur. Bu formul gücünü təminat faktorundan alır. Nəzərə alaq ki, dünyamız sürətlə dəyişdikcə, bir deyimin aktuallığını görürük – geridə qalan atları güllələyirlər. Təəssüf ki, özünü humanist sayan bəşər aləmi diqqətə çatdırdığımız zərb-məsəlin həqiqət epizodlarına şa­hidlikdən usanmaq bilmir. Elə təəssürat yaranır ki, kimlərsə “geridə qalmış atla­rı güllələmək” üçün qəddar və amansız missiya yerinə yetirməkdədir.

İlham Əliyevin prezidentliyi dövlətə və dövlətçiliyimizə, habelə uca xalqımıza iti sürətlə addımlamaq üçün müqavimət qa­zandırdı. Daha doğrusu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətçiliyi qazandığı immuniteti İlham Əliyevin rəhbərliyi ilə gerçək müqavimətə çevirməyi bacardı. Müqavimət yeni ruhdur, yeni ümidlərdir. Bu mənada İlham Əliyev şəxsiyyəti Azər­baycanın gələcəyə olan son dərəcə fun­damental xassəyə malik ümididir. Heç bir şübhə yoxdur ki, bu ümid 2024-cü il fev­ralın 7-də yeni pərvərişini yaşayacaqdır.



Вернуться назад