Главная > Mədəniyyət > Reanimasiyaya yerləşdirilən Xalq artistinin son vəziyyəti açıqlanıb
Reanimasiyaya yerləşdirilən Xalq artistinin son vəziyyəti açıqlanıb6-12-2022, 10:20. Разместил: admin |
Xalq artisti Aftandil Israfilovun səhhəti ağır olaraq qalır. Bu barədə BAKU.WS-ə sənətçinin qızı Həcər İsrafilova deyib. O, atasının vəziyyətinin hələ də kritik olduğunu bildirib: "Hələ ki renanimasiyadadır. Vəziyyəti ağırdır. Həkimlər əllərindən gələni edirlər. Onlar da atamın bu vəziyyətinin nə vaxta qədər davam edəcəyi barədə heç nə demirlər. Bu səbəbdən də hələ ki vaxtlı-vaxtında müalicələri aparılır". Xatırladaq ki, qarmon ifaçısının 3 gün əvvəl səhhəti pisləşib və təcili olaraq xəstəxanaya yerləşdirilib. Вернуться назад |