Reanimasiyaya yerləşdirilən Xalq artistinin son vəziyyəti açıqlanıb
- 6-12-2022, 10:20
- Mədəniyyət
- 2
- 661
Xalq artisti Aftandil Israfilovun səhhəti ağır olaraq qalır.
Bu barədə BAKU.WS-ə sənətçinin qızı Həcər İsrafilova deyib. O, atasının vəziyyətinin hələ də kritik olduğunu bildirib:
"Hələ ki renanimasiyadadır. Vəziyyəti ağırdır. Həkimlər əllərindən gələni edirlər. Onlar da atamın bu vəziyyətinin nə vaxta qədər davam edəcəyi barədə heç nə demirlər. Bu səbəbdən də hələ ki vaxtlı-vaxtında müalicələri aparılır".
Xatırladaq ki, qarmon ifaçısının 3 gün əvvəl səhhəti pisləşib və təcili olaraq xəstəxanaya yerləşdirilib.